Prayk
Qaçış trenajoru Volksgym V3 — Mallar, Bakı
2 399 ₼

Qaçış trenajoru Volksgym V3

СатылатКөчүрмөКолдонулган1 апта мурун
Шаар
Bakı
Категория
Буюмдар
Күнү
Көрүүлөр
2
Номери
№4588311

Сүрөттөмө

Qaçış qurğusu 1,5 at gücündə mühərrikə sahibdir. Bu da sizə saatda 16 km sürətlə qaçmaq imkanı yaradır. Araşdırmalar göstərir ki, qaçış qurğusu ilə gün ərzində 1 saatlıq məşqlə minimum 1000 kalori yandıra bilərsiniz. Avadanlığın imkanları bununla bitmir. Qaçış trenajorunun “Incline” (meyillilik) xüsusiyyəti sizə daha fərqli qaçış effekti yaradacaq. Avadanlıqda olan “Incline” seçimi nədir? Bu, qaçış lentinin ekranının altında olan hissəsinin nisbətən yüksəlməsidir. Beləliklə, bu seçimi etməklə qaçışın çətinlik səviyyəsini artıraraq daha çox kalori yandırmağınız mümkündür. Avadanlığın “Incline” seçimdən daha çox faydalanmaq üçün “Incline” faizini birdən-birə yox, mərhələmərhələ artırmağınız daha məqsədə uyğundur. Bunlardan əlavə avadanlığın ekranından sürətinizi, nəbzini, yandırdığınız kalori miqdarını, qaçdığınız məsafəni və məşq müddətinizi izləyə bilərsiniz. Avadanlığın tutacaqlarında nəbz ölçən metal sensorlar quraşdırılıb. Bu da imkan yaradır ki, məşq əsnasında nəbzinizə nəzarət edə biləsiniz. Həmçinin qurğunun USB giriş imkanı məşqinizi musiqi ilə daha əyləncəli hala gətirməyə imkan yaradacaq. Qaçış sürətinizi və meyilliliyinizi daha rahat idarə etmək istəyirsiniz? Avadanlıq dizayn ediləndə bu istəyiniz də nəzərə alınıb. Qaçış qurğusunun tutacaqlarında olan düymələrlə sürətinizi və meyilliliyinizi rahatlıqla artıra, yaxud azalda bilərsiniz. Avadanlıqda fərqli temp və formalarda qaçmağınıza kömək edən 12 məşq proqramı quraşdırılıb. Bu proqramların köməkliyi ilə hər gün fərqli qaçış modellərindən faydalana bilərsiniz. Bu da məşqlərinizi daha effektli hala gətirəcək. Məşq edənlər bilir ki, məşqdən əvvəl, sonra və məşq əsnasında su içmək vacibdir. Bu baxımdan qaçış qurğusunda su qabınızı qoymaq üçün yer mövcuddur. Qaçış qurğusunun böyüklüyü sizi qorxutmasın. Avadanlığın qatlana bilmək xüsusiyyəti var, beləliklə, məşqdən sonra rahatlıqla qaçış qurğusunu yığışdırıb məşq ərazinizi istirahət məkanına çevirə bilərsiniz. Xüsusi qeyd: Qaçış qurğusunun götürə biləcəyi maksimum çəki 120 kiloqramdır. Hər 50-60 dəqiqəlik məşqinizdən sonra qaçış qurğusuna ən az 20-30 dəqiqə fasilə verməyiniz tövsiyə olunur. 30 məşq saatından bir qaçış qurğunuzu yağlamaq onun daha uzun ömürlü olmasına kömək edəcək. Qaçış qurğularında təhlükəsizlik açarı mövcuddur. Bu açarı çıxardıqda avadanlıq işləmir. Məşq əsnasında yıxılanda, yaxud uşaqların istifadəsindən qorumaq üçün təhlükəsizlik açarını çıxarmağınız kifayətdir. Maksimal çəki: 120 kq; Sürət: 1 - 16 km/s; Qaçış lentinin ölçüsü: 132 x 48 sm; Monitor: USB girişi; Ölçülər: 173 x 84 sm; Gərginlik: 930 w; İstehsalçı ölkə: Çin.
РЕКЛАМА
WhatsApp