Prayk

Qaynaqçı-Çilingər

800 ₼
Текшерилди2 күн мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
1
Номери
№4167469

Сүрөттөмө

İş barədə məlumat: Təsvir İstehsalat sahəsində metal konstruksiyaların və avadanlıqların qaynaq, kəsim, montaj və təmir işlərini təhlükəsizlik qaydalarına uyğun şəkildə yerinə yetirmək, avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək. Vəzifə öhdəlikləri Metal konstruksiyaların və avadanlıqların qaynaq, kəsim, montaj və təmir işlərini həyata keçirmək; Mexaniki və çilingər işlərini yerinə yetirmək; Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq; Metal konstruksiya və avadanlıqların təmiri və bərpasını həyata keçirmək; Detalların kəsilməsi, birləşdirilməsi, quraşdırılması və sökülməsini icra etmək; Qaynaq və çilingər alət-avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək; Avadanlıqların daim saz vəziyyətdə saxlanılmasını təmin etmək; Aşkar edilmiş nasazlıqlar barədə birbaşa rəhbərə vaxtında məlumat vermək; Əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək. Tələblər: Təhsil : Orta texniki İş təcrübəsi : 1 ildən 3 ilə qədər Yaş : 20 - 35 Cins : Kişi Çilingər, mexanik və ya müvafiq texniki ixtisas üzrə peşə və ya orta ixtisas təhsili; Qaynaqçı-çilingər vəzifəsində 1–3 il iş təcrübəsi; Metal konstruksiyalar və avadanlıqlarla işləmə bacarığı; Qaynaq və çilingər alətlərindən təhlükəsiz istifadə bacarığı; Texniki nasazlıqları müəyyən etmək və operativ şəkildə aradan qaldırmaq bacarığı; Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı; Gecə növbəsində işləməyə uyğunluq. İş şəraiti: İş rejimi: 6 günlük, növbəli iş qrafiki; Gecə növbəsi: mövcuddur; Nahar: şirkət tərəfindən təmin olunur; Servis: Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə; İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129, Hökməli dairəsinin yaxınlığı; İş yerinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək. Əmək haqqı: 700 - 800 AZN Şirkət: ATS Soy Processing MMC Müraciət: https://ejob.az/is-elani/104823-qaynaqci-cilinger/

Окшош жарнактар