
3
Qeydiyyatçı
Qeydiyyatçı
Келишим боюнча
Текшерилди3 апта мурун
Күнү
Көрүүлөр3
Номери№2257873
Сүрөттөмө
İT məhsulları və elektron avadanlıqların satışı ilə məşğul olan AEM MMC Servis Mərkəzinə Qeydiyyatçı axtarırıq.
Əgər insanlarla ünsiyyət qurmağı sevirsiniz, səliqəli və diqqətlisinizsə və İT məhsulları haqqında öyrənməyə marağınız varsa, sizi komandamıza dəvət edirik!
Əsas vəzifələr:
Müştəriləri qarşılamaq və servis müraciətlərini qəbul etmək;
Təmirə təqdim olunan məhsulları qəbul etmək və sistemdə qeydiyyata almaq;
Məhsulun komplektasiyası və texniki vəziyyəti barədə məlumatları qeyd etmək;
Servis sifarişlərinin sənədləşdirilməsini aparmaq;
Təmir statuslarını izləmək və müştərilərə məlumat vermək;
Hazır məhsulların müştərilərə təhvil verilməsini təşkil etmək;
Texniki heyət və müştərilər arasında kommunikasiya yaratmaq.
Namizədə tələblər:
Müştərilərlə ünsiyyət bacarığı;
Kompüter və MS Office proqramlarından istifadə bacarığı;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Səliqəli və nəzakətli ünsiyyət;
Azərbaycan dilində səlis danışıq;
İT məhsulları və elektronika ilə bağlı ilkin biliklər üstünlükdür;
Servis mərkəzi, elektronika mağazası və ya müştəri xidməti sahəsində təcrübə üstünlükdür.
Təcrübəniz azdır, amma öyrənməyə həvəsiniz varsa, müraciət edə bilərsiniz.
Sizə nə təklif edirik?
Rəsmi əmək müqaviləsi;
Stabil iş və peşəkar iş mühiti;
İT və texniki məhsullar üzrə biliklərin inkişaf etdirilməsi;
Karyera inkişafı imkanı;
Əmək haqqı: müsahibə əsasında.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində “Servis Mərkəzi – Qeydiyyatçı” qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 15.10.2026
Жарнактын булагы
Түп нуска жарнакты ачуу© AEM Elektron jobsearch.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.
Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.
Окшош жарнактар














