Prayk
Rəqəmsal Marketinq Mütəxəssisi — Marketing, reklam, PR, Bakı
Келишим боюнча

Rəqəmsal Marketinq Mütəxəssisi

АнализделдиБүгүн
Шаар
Bakı
Күнү
Номери
№4277390

Сүрөттөмө

İş haqqında məlumat: Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və icrasında iştirak etmək;Meta Ads, Google Ads, TikTok Ads və digər platformalarda reklam kampaniyalarını planlamaq, idarə etmək, optimallaşdırmaq və gündəlik monitorinqini aparmaq;Reklam büdcəsinin effektiv idarə olunmasını təmin etmək və kampaniyaların KPI-lara uyğun nəticə verməsinə nəzarət etmək;ROAS, ROI, CPA, CTR, CPC, CPM, Conversion Rate və digər performans göstəricilərini analiz etmək;Hədəf auditoriyalarını müəyyənləşdirmək, remarketing kampaniyalarını idarə etmək və A/B testləri həyata keçirmək;Google Analytics 4 (GA4), Google Tag Manager və digər analitika alətləri ilə istifadəçi davranışlarını və kampaniya nəticələrini təhlil etmək;Veb-saytın performansı, SEO üzrə açar söz araşdırması və rəqib analizlərində iştirak etmək;Sosial media kontent planının hazırlanmasında iştirak etmək və kreativ komanda ilə koordinasiyalı işləmək;Influencer əməkdaşlıqları, bazar araşdırmaları və yeni rəqəmsal marketinq alətlərinin sınağında iştirak etmək;Həftəlik və aylıq hesabatlar hazırlamaq, nəticələr və inkişaf imkanları barədə rəhbərliyə məlumat vermək. İş şəraiti:Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;İş yeri: Bakı şəhəri, 25 Plaza;İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə);AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi. Tələblər: Ali təhsil (Marketinq, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Kommunikasiya və ya əlaqəli sahələr);Minimum 2 il rəqəmsal marketinq və ya performance marketing sahəsində iş təcrübəsi (Retail və E-commerce təcrübəsi üstünlükdür);Meta Ads Manager, Google Ads və TikTok Ads platformalarında praktiki iş təcrübəsi;Google Analytics 4 (GA4), Google Tag Manager və Google Search Console bilikləri;SEO və SEM üzrə biliklər;Reklam kampaniyalarının planlaşdırılması, optimallaşdırılması və reklam büdcəsinin idarə olunması bacarığı;KPI, ROI, ROAS, CTR, CPC, CPM, CPA və Conversion Rate göstəricilərini analiz etmək bacarığı;Rəqəmsal kampaniyalar üzrə hesabatların hazırlanması və təqdim edilməsi;Sosial media və rəqəmsal kontent planlaması üzrə anlayış;Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı;Analitik düşüncə, yaradıcılıq, nəticəyönümlülük və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığı. Tələblərə uyğun namizədlər mövzu hissəsində "Rəqəmsal Marketinq Mütəxəssisi" qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Maaş: Ə/h razılaşma ilə Son müraciət: 09/11/2026

Окшош жарнактар

SMM — Bakı
1 000 ₼

SMM


BakıБүгүн 09:52
SMM — Bakı
200 ₼

SMM


Bakı07.10.2026