Prayk

Resepşn

700 ₼
Текшерилди4 күн мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
4
Номери
№4065795

Сүрөттөмө

PilatesLife studiyasına Xanım Resepşn axtarılır PilatesLife komandası böyüməyə davam edir və biz peşəkar, enerjili və məsuliyyətli xanım resepsion axtarırıq. İş şəraiti • İşə qəbul AR Əmək Məcəlləsinə uyğun aparılır • Əmək haqqı: 700 AZN fiks maaş + KPI bonus sistemi • 2 növbəli iş qrafiki 09:00–18:00 12:00–21:00 • Şənbə günü: 09:00–15:00 Biz nə təklif edirik? • Azərbaycanın aparıcı Pilates studiyalarından birində işləmək imkanı • Peşəkar və dəstəkçi komanda mühiti • Karyera və inkişaf imkanları • PilatesLife xidmətlərindən xüsusi əməkdaş güzəştləri • Müştəri xidməti və satış bacarıqlarının inkişafı üçün təlimlər Maraqlanan şəxslərdən şəkilli CV-lərini ünvanına mövzu hissəsində “Resepşn” qeyd etməklə göndərmələri xahiş olunur. • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür) • Ali təhsil • 22–40 yaş arası xanım namizədlər • MS Office proqramlarında işləmə bacarığı (Word, Excel), 1C bilikləri üstünlükdür • Ofis texnikası ilə işləmə bacarığı • Satış və müştəri xidməti sahəsində təcrübə üstünlükdür • Ünsiyyətcil, gülərüz və təqdimat bacarıqlarının yüksək olması • Məsuliyyətli, punktual və intizamlı olmaq • Komandada işləmə və eyni zamanda müstəqil qərar vermə bacarığı • Stressə davamlı və çoxsaylı tapşırıqları idarə etmə bacarığı • Sağlam həyat tərzinə, idmana və wellness sahəsinə maraq göstərmək • Studiyanın gündəlik inzibati işlərinin təşkili və koordinasiyası • Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsi • Studiyanın yeni və potensial müştərilərinə xidmətlərin peşəkar təqdimatı • Daxil olan zənglərin, WhatsApp və sosial şəbəkə müraciətlərinin cavablandırılması • Mövcud və potensial müştərilərlə davamlı əlaqələrin qurulması • Müştəri bazasının idarə olunması və CRM sistemində məlumatların işlənməsi • Məşqçilərin iş qrafiklərinin koordinasiyasında iştirak • Studiyada mövcud məhsulların və ehtiyatların nəzarəti, sifarişlərin hazırlanması • Hesabatların müəyyən olunmuş qaydada aparılması • Studiyanın xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin təmin edilməsində aktiv iştirak • İş yerində yaranan məsələlərin operativ və müstəqil həlli Əmək haqqı: 700 AZN
РЕКЛАМА

Окшош жарнактар