Prayk

Sahə mühəndisi

3 500 ₼
Текшерилди2 апта мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
3
Номери
№3155042

Сүрөттөмө

• Əmək haqqı: 2 500–3 500 AZN aralığında, namizədin iş təcrübəsi və peşəkar biliklərinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. • İş saatları: 08:00-dan 18:00-dək. • Tikinti obyektində yaşayış və gündəlik qidalanma MTK tərəfindən təmin edilir. • İş yeri: Kəlbəcər rayonu. • Ali texniki təhsil — inşaat mühəndisliyi ixtisası üzrə; • Tikinti sahəsində minimum 3 il iş təcrübəsi; • Layihə-smeta sənədlərini və texniki çertyojları oxuma bacarığı; • Forma №2, Forma №3, gizli işlər aktları və texniki jurnalların hazırlanması üzrə biliklər; • Tikinti norma və qaydalarını bilməsi; • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; • Kəlbəcər rayonunda işləməyə hazır olması; • Məsuliyyətlilik, təşkilatçılıq və heyəti idarəetmə bacarığı. • Tikinti sahəsində işlərin başlanmasından obyektin təhvil verilməsinədək istehsalat prosesini təşkil və idarə etmək; • Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş iş qrafikinə, layihə-smeta sənədlərinə, texniki şərtlərə və tikinti normalarına uyğun aparılmasına nəzarət etmək; • Tikinti materiallarının, konstruksiyaların və görülmüş işlərin keyfiyyətini yoxlamaq, aşkar edilmiş nöqsanların vaxtında aradan qaldırılmasını təmin etmək; • Fəhlə və mühəndis-texniki heyətin işini əlaqələndirmək, briqadalar arasında iş bölgüsü aparmaq və görülən işlərin icrasına nəzarət etmək; • Materialların, avadanlıqların və texnikanın səmərəli istifadəsini təşkil etmək; • Tikinti obyektində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək; • Görülmüş işlər üzrə Forma №2, Forma №3, təhvil-təslim aktları və digər hesabat sənədlərini hazırlamaq; • Gizli işlər aktlarının, beton və qaynaq jurnallarının, eləcə də digər texniki sənədlərin vaxtında və düzgün aparılmasını təmin etmək; • Beton tökmə işləri zamanı sınaq nümunələrinin götürülməsini, qeydiyyata alınmasını və laboratoriyaya təqdim edilməsini təşkil etmək; • Görülmüş işlərin həcmi və gedişatı barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək. Əmək haqqı: 2500-3500 AZN
РЕКЛАМА