
Bakı15
Satıcı-kassir tələb olunur


500 ₼
Satıcı-kassir tələb olunur
Көчүрмө1 апта мурун
ШаарBakı
Күнү
Көрүүлөр15
Номери№4141260
Сүрөттөмө
NewGross Market’ə Satıcı-Kassir Xanım Namizədlər axtarılır.
İŞ ŞƏRAİTİ
İş saatı: 07:30 – 16:00
Maaş: Razılaşma yolu ilə, standart 500azn
Ərazi: İnşaatçılar M/S yaxınlığı, Qələbə Residence
Market böyük obyekt olmadığı üçün gündəlik əsas işlər vaxtında tamamlandıqda işçi öz əsas vəzifələrini yerinə yetirdiyi müddətdə kassada otura bilər və telefon istifadəsinə icazə verilir.
NAMİZƏDƏ TƏLƏBLƏR
* Məsuliyyətli, diqqətli və səliqəli olmaq
* Müştərilərlə nəzakətli ünsiyyət qurmaq
* İşə vaxtında gəlmək və iş rejiminə riayət etmək
* Məhsulların yerləşdirilməsi və son istifadə tarixlərinə diqqətlə yanaşmaq
* Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
* Təmizliyə və iş yerinin səliqəsinə önəm vermək
* Fiziki cəhətdən aktiv işə uyğun olmaq
* Yeni iş qaydalarını öyrənməyə həvəsli olmaq
* Təcrübə arzuolunandır
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
* Satış zalının, vitrinlərin və rəflərin daim səliqəli, təmiz və dolu vəziyyətdə saxlanılmasına nəzarət etmək.
* Məhsulların kateqoriyasına uyğun, düzgün və müştəri üçün rahat şəkildə yerləşdirilməsini təmin etmək.
* Məhsulların son istifadə tarixlərini mütəmadi yoxlamaq, vaxtı keçmiş məhsulları satışdan çıxarmaq və çeşidləmək.
* Son istifadə tarixi yaxınlaşan məhsulları önə çəkmək və FEFO prinsipinə uyğun yerləşdirmək.
* Yeni gələn məhsulları təhvil almaq, sayını və çeşidini yoxlamaq və satış zalında/anbarda düzgün yerləşdirmək.
* Rəflərdə məhsul ehtiyatına nəzarət etmək, azalan və bitmək üzrə olan məhsulları müəyyənləşdirmək.
* Qiymət etiketlərinin məhsullara uyğunluğunu və düzgün yerləşdirilməsini yoxlamaq.
* Zədələnmiş, qablaşdırması pozulmuş və satışa yararsız məhsulları müəyyən edərək ayırmaq və rəhbərliyə məlumat vermək.
* Soyuducu və xüsusi saxlanma şəraiti tələb edən məhsulların düzgün yerləşdirilməsinə nəzarət etmək.
* Kassa önü, satış zalı və keçidlərin daim səliqəli və təmiz saxlanılmasını təmin etmək.
* Anbardan satış zalına məhsulların çıxarılmasında və anbarın səliqəsinin qorunmasında iştirak etmək.
* Müştərilərə nəzakətli xidmət göstərmək, məhsulların yerini göstərmək və tələb olunan məlumatı təqdim etmək.
* Kassada müştərilərə xidmət göstərmək və kassa qaydalarına riayət etmək.
* İnventarizasiya, məhsul sayımı, kampaniya və endirimlərin yerləşdirilməsi kimi əlavə işlərdə iştirak etmək.
* Gün ərzində yaranan çatışmazlıqları vaxtında müəyyən etmək və rəhbərliyə məlumat vermək.
* Rəhbərliyin verdiyi digər işlə bağlı tapşırıqları yerinə yetirmək
РЕКЛАМА














