
14
Satıcı-konsultant
Satıcı-konsultant
Келишим боюнча
Текшерилди5 күн мурун
Күнү
Көрүүлөр14
Номери№3947391
Сүрөттөмө
AFG Retail komandamıza Satıcı-konsultant vəzifəsi üzrə yeni əməkdaşlar axtarırıq.
Mağazalar
Kiko Milano, Sunglass Hut, ALDO, Charles & Keith, Parfois
İş qrafiki
Full-time
5 günlük iş həftəsi
Həftədə 2 istirahət günü
Namizədə tələblər
Azərbaycan dili biliyi;
Rus dili biliyi mütləqdir;
İngilis dili biliyi üstünlükdür;
Satış sahəsində iş təcrübəsi mütləqdir;
Yüksək kommunikasiya və müştəriyönümlü xidmət bacarığı;
Aktiv, gülərüz və ünsiyyətcil olmaq;
Stresə davamlı və çevik olmaq;
Komandada işləmək bacarığı;
Xarici görünüşə və iş intizamına diqqətli yanaşmaq.
Vəzifə öhdəlikləri
Mağazaya daxil olan müştəriləri gülərüz və peşəkar şəkildə qarşılamaq;
Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsullar təklif etmək;
Məhsullar haqqında ətraflı məlumat vermək və peşəkar məsləhətlər göstərmək;
Müştərilərə məhsul seçimi zamanı alternativ variantlar təqdim etmək;
Yüksək səviyyəli müştəri xidməti göstərmək;
Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək;
Satış hədəflərinin yerinə yetirilməsinə töhfə vermək;
Mağazada məhsulların düzgün və səliqəli şəkildə təqdim olunmasını təmin etmək;
Görülən işlər və satış nəticələri üzrə gündəlik hesabatlar hazırlamaq;
Şirkətin daxili qaydalarına və xidmət standartlarına riayət etmək.
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mailin mövzu hissəsində “Satıcı-konsultant – “müraciət etmək istədiyiniz mağazanın adı” qeyd olunmalıdır.
Son müraciət tarixi: 06.11.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/retail-group-azerbaijan-satici-konsultant-153079
РЕКЛАМА
Окшош жарнактар














