
4
Satınalma mütəxəssisi

900 ₼
Satınalma mütəxəssisi
ТекшерилдиБүгүн
Күнү
Көрүүлөр4
Номери№5037900
Сүрөттөмө
Əsas vəzifələr
Şirkətdə gündəlik və dövri satınalma ehtiyaclarını müəyyən etmək, müvafiq şöbələrdən daxil olan sifarişləri toplamaq və planlaşdırmaq;
Qida məhsulları, içkilər, qablaşdırma materialları, təsərrüfat malları və digər zəruri məhsullar üzrə satınalma prosesini təşkil etmək;
Məhsulların tələb olunan keyfiyyət, miqdar və çeşiddə, razılaşdırılmış müddətdə çatdırılmasını təmin etmək;
Mövcud təchizatçılarla işgüzar əlaqələri qorumaq, yeni təchizatçıların araşdırılmasını və seçilməsini həyata keçirmək;
Təchizatçılardan kommersiya təklifləri almaq, qiymətləri, keyfiyyəti, ödəniş və çatdırılma şərtlərini müqayisə etmək;
Qiymət və müqavilə şərtləri üzrə danışıqlar aparmaq, şirkət üçün daha sərfəli satınalma şərtlərinin əldə edilməsinə çalışmaq;
Satınalma sifarişlərini hazırlamaq, təsdiq prosesini izləmək və sifarişlərin icra vəziyyətinə nəzarət etmək;
Çatdırılma zamanı məhsulların sifarişə uyğunluğunu, son istifadə tarixlərini və tələb olunan keyfiyyət göstəricilərini aidiyyəti əməkdaşlarla koordinasiya etmək;
Məhsul çatışmazlığı, gecikmə, keyfiyyət uyğunsuzluğu və digər təchizat problemlərini vaxtında müəyyən etmək və həlli üçün tədbirlər görmək;
Anbar və restoran komandaları ilə əməkdaşlıq edərək qalıqlar, istehlak həcmi və yenidən sifariş ehtiyacları barədə məlumatları nəzərə almaq;
Satınalma xərclərini izləmək, qiymət dəyişikliklərini təhlil etmək və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək
Namizədə tələblər
Satınalma sahəsində 1 il iş təcrübəsi (Restoran və qida sektorunda təcrübə üstünlükdür)
Şirkətlər ilə danışıqlar aparmaq və qiymət təhlili bacarığı;
MS Excel və MS Office proqramları ilə işləmək bacarığı;
Rus dili mütləqdir
Sənədləşmə və hesabatların hazırlanması üzrə diqqətlilik;
Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
İş şərtləri
İş yeri: Bakı şəhəri
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı: 900-1000 Azn
Uyğun namizədlər öz CV-lərini “Satınalma mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 900 AZN
Son müraciət tarixi: 23.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/groupone-satinalma-mutexessisi-154606
РЕКЛАМА








