Prayk
Satınalma və Logistika Koordinatoru — Nəqliyyat, logistika, anbar
Келишим боюнча

Satınalma və Logistika Koordinatoru

ТекшерилдиБүгүн
Күнү
Көрүүлөр
3
Номери
№4900806

Сүрөттөмө

Vəzifənin məqsədi Tikinti layihələrinin ehtiyaclarına uyğun olaraq material, avadanlıq və xidmətlərin vaxtında və tələb olunan keyfiyyətdə satın alınmasını, təchizat prosesinin koordinasiyasını və sifarişlərin tikinti sahəsinə vaxtında çatdırılmasını təmin etmək. Əsas vəzifə və öhdəliklər Satınalma Layihə üzrə material, avadanlıq və xidmət ehtiyaclarını müəyyən etmək və satınalma planının hazırlanmasında iştirak etmək. Tikinti qrafikinə uyğun satınalma müddətlərini müəyyənləşdirmək və sifarişlərin vaxtında verilməsini təmin etmək. Təchizatçılar və subpodratçılardan kommersiya təklifləri toplamaq, qiymət və çatdırılma şərtlərini müqayisə etmək. Satınalma sorğularını, sifarişləri və əlaqəli sənədləri hazırlamaq və razılaşdırma prosesini koordinasiya etmək. Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq. Sifarişlərin icra statusunu izləmək, mümkün gecikmələri əvvəlcədən müəyyən etmək və müvafiq tədbirlər görmək. Material və avadanlıqların texniki spesifikasiyalara, təsdiq edilmiş nümunələrə və layihə tələblərinə uyğunluğunun yoxlanılmasını əlaqələndirmək. Satınalma üzrə xərclərin və sifarişlərin uçotunu aparmaq, müvafiq hesabatlar hazırlamaq. Logistika və təchizat Material və avadanlıqların təchizatçıdan tikinti sahəsinə çatdırılmasını təşkil və koordinasiya etmək. Çatdırılma qrafiklərini tikinti işlərinin ardıcıllığı və sahənin faktiki ehtiyacları ilə əlaqələndirmək. Nəqliyyat, yükləmə-boşaltma və müvafiq hallarda saxlama proseslərini koordinasiya etmək. Materialların sahəyə qəbulunu, miqdarının və müşayiətedici sənədlərinin yoxlanılmasını əlaqələndirmək. Material çatışmazlığı, gecikmə və ya yanlış təchizat halları barədə Layihə Menecerini vaxtında məlumatlandırmaq. Anbar qalığının və material hərəkətinin uçotuna nəzarət etmək, artıq ehtiyatların və material itkisinə səbəb olan halların qarşısının alınmasına dəstək göstərmək. Namizədə tələblər Ali təhsil; satınalma, logistika, iqtisadiyyat, mühəndislik və ya müvafiq sahə üzrə təhsil üstünlükdür. Satınalma və logistika sahəsində minimum 3 il iş təcrübəsi; tikinti layihələrində təcrübə arzuolunandır. Təchizatçıların seçilməsi, kommersiya təkliflərinin müqayisəsi və sifarişlərin idarə edilməsi üzrə praktiki biliklər. Tikinti materialları, avadanlıqları və texniki spesifikasiyalar haqqında ümumi anlayış. MS Office proqramları ilə yaxşı işləmək bacarığı. Satınalma sifarişləri, təchizat reyestrləri və çatdırılma qrafikləri ilə işləmək bacarığı. Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ingilis dillərini bilmək üstünlükdür. Danışıqlar aparmaq, koordinasiya etmək, problemləri operativ həll etmək və vaxtı düzgün idarə etmək bacarığı. Məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük. İş şəraiti Peşəkar komandada işləmək imkanı. Tikinti layihələrinin satınalma və təchizat proseslərində iştirak. Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 20.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/shinkar-holding-satinalma-ve-logistika-koordinatoru-154305
РЕКЛАМА