Prayk

Satış Kanalları üzrə Bölmə Rəhbəri

Келишим боюнча
ТекшерилдиБүгүн
Шаар
Bakı
Категория
Сатуу
Күнү
Көрүүлөр
2
Номери
№5876870

Сүрөттөмө

Əsas vəzifə öhdəlikləri Onlayn satış, korporativ satış, E-commerce və Marketplace komandalarının fəaliyyətini idarə etmək; Bütün satış kanalları üzrə strategiya və inkişaf planlarının hazırlanmasını təmin etmək; Satış hədəflərini müəyyənləşdirmək, icrasına nəzarət etmək və nəticələri təhlil etmək; Satış kanalları üzrə dövriyyənin və gəlirliliyin artırılması istiqamətində tədbirlər görmək; Komanda rəhbərləri və əməkdaşlar arasında iş bölgüsünü və effektiv koordinasiyanı təmin etmək; Hər bir satış istiqaməti üzrə KPI göstəricilərini müəyyənləşdirmək və nəticələrə nəzarət etmək; Onlayn satış proseslərinin, müştəri müraciətlərinin və sifarişlərin effektiv idarə olunmasını təmin etmək; Korporativ müştərilərlə əməkdaşlığın genişləndirilməsi və yeni satış imkanlarının yaradılması istiqamətində işləri təşkil etmək; Marketplace platformalarında məhsul çeşidinin, qiymətlərin, kampaniyaların və satış nəticələrinin idarə olunmasına nəzarət etmək; E-commerce platformasının satış effektivliyinin artırılması və inkişafı üzrə təşəbbüslər irəli sürmək; Satış kanalları üzrə hesabatları təhlil etmək, nəticələrə əsaslanan qərarlar qəbul etmək; Digər struktur bölmələrlə koordinasiyalı fəaliyyəti təmin etmək. Namizədə tələblər Satış və ya kommersiya sahəsində minimum 3 il iş təcrübəsi; Rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi; Onlayn satış, korporativ satış və E-commerce prosesləri üzrə bilik və təcrübə; Marketplace platformalarının iş prinsiplərini bilmək; Satış strategiyasının hazırlanması və icrası üzrə təcrübə; KPI sisteminin qurulması və satış göstəricilərinin təhlili bacarığı; Komanda idarəetməsi, motivasiya və koordinasiya bacarıqları; Analitik düşüncə və nəticəyönümlülük; Güclü kommunikasiya, danışıqlar aparmaq və qərarvermə bacarığı; MS Excel və hesabat alətləri ilə işləmək bacarığı. 1C və PowerBI işləmək bacarığı Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir; Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/205286/satis-kanallari-uzre-bolme-rehberi
РЕКЛАМА