Prayk

Satış Koordinatoru

500 ₼
Текшерилди3 апта мурун
Шаар
Bakı
Категория
Сатуу
Күнү
Көрүүлөр
2
Номери
№3111611

Сүрөттөмө

İş barədə məlumat Soulmind Psixologiya Mərkəzi komandamıza Satış Koordinatoru axtarır. İş qrafiki: 6 gün 14:00-dan 19:00-dək və ya 10:00-dan 15:00-dək Əmək haqqı: Sabit maaş + satış bonusu Şəffaf karyera inkişafı və vəzifə yüksəlişi imkanları Peşəkar inkişaf və daxili təlim proqramları Psixologiya və insan inkişafı sahəsində fəaliyyət göstərən peşəkar komandanın üzvü olmaq imkanı Dinamik, dəstəkləyici və inkişafyönümlü iş mühiti Komanda tədbirləri, motivasiya proqramları və korporativ fəaliyyətlər 2 həftə sınaq müddəti tətbiq olunur Ali təhsil Satış, müştəri xidməti və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi Azərbaycan və Rus dillərində sərbəst danışıq-yazı bacarığı İngilis dili biliyi üstünlükdür Güclü ünsiyyət, təqdimat və satış bacarıqları Müştəri yönümlü və nəticə fokuslu olmaq Komandada işləmək bacarığı MS Office proqramlarında işləmək bacarığı Sosial media və onlayn kommunikasiya alətlərindən istifadə bacarığı Məsuliyyətli, operativ və təşəbbüskar olmaq Psixologiya, şəxsi inkişaf və insan davranışları sahəsinə maraq üstünlük hesab olunur Aktiv, gülərüz, pozitiv və öyrənməyə açıq olmaq Soulmind-in psixoloji xidmətləri, terapiya proqramları, təlim və inkişaf məhsulları barədə potensial müştərilərə ətraflı məlumat vermək Daxil olan müraciətləri analiz etmək və müştərilərin ehtiyaclarına uyğun xidmətlərin təqdimatını həyata keçirmək Sahibkarlar, İR (HR) departamentləri və digər korporativ müştərilərlə əlaqələrin qurulması, xidmətlərin təqdimatı və tam satış prosesinin idarə edilməsi. Müştərilərlə görüşlər, konsultasiya zəngləri və təqdimatlar təşkil etmək Satış hədəflərinin yerinə yetirilməsi üçün aktiv müştəri bazası ilə işləmək Soyuq və İsti satışların idarə edilməsi. Potensial müştərilərlə ilkin əlaqənin yaradılması (soyuq satış) və mövcud müştəri bazası ilə münasibətlərin dərinləşdirilməsi (isti satış) vasitəsilə satış hədəflərinə çatmaq. Potensial müştəri bazası üzərində soyuq satış zəngləri həyata keçirmək, yeni müştərilər cəlb etmək və satış imkanlarını genişləndirmək Soyuq müraciətlər nəticəsində əldə olunan potensial müştərilərlə əlaqələri davam etdirmək və onları xidmət satışına yönləndirmək Potensial biznes tərəfdaşları, təhsil müəssisələri və digər müvafiq qurumlarla əməkdaşlıq formatlarının müəyyənləşdirilməsi və razılaşmaların (MOU) rəsmiləşdirilməsi. Mövcud və potensial müştərilərlə uzunmüddətli münasibətlər qurmaq Təhsil sərgiləri, təlimlər, seminarlar və tədbirlər zamanı mərkəzin xidmətlərini təqdim edərək şirkəti təmsil etmək. Satış göstəricilərinin monitorinqi və hesabatların hazırlanmasında iştirak etmək Psixoloqlar və digər şöbələrlə koordinasiyalı şəkildə işləmək Əmək haqqı: 200-500 AZN
РЕКЛАМА