Prayk

Satış meneceri

Келишим боюнча
Текшерилди3 апта мурун
Шаар
Bakı
Категория
Сатуу
Күнү
Көрүүлөр
1
Номери
№3304160

Сүрөттөмө

İş barədə məlumat: Mağazaya daxil olan müştəriləri aktiv qarşılamaq və ehtiyacına uyğun düzgün smartfonu/aksesuarı təklif etmək; Mağazanın hazırda mövcud olan müştəri bazası ilə aktiv işləmək, onlarla zəng və ya WhatsApp vasitəsilə əlaqə saxlayıb təkrar satışlar etmək; Satış planını və şirkətin hədəflərini maksimum yerinə yetirmək; Məhsullar haqqında texniki məlumatları mükəmməl bilmək və müştəriyə düzgün ötürmək. Namizədə dair tələblər: Xanım namizədlər; Təcrübə: Mobil telefon və ya elektronika satışı sahəsində ən azı 2-3 il real iş təcrübəsi mütləqdir; Xarakter: Yüksək enerjili, potensiallı, aktiv, qətiyyən utancaq olmayan və müştəri ilə anında bağ qura bilən; Bacarıq: Satış psixologiyasını bilən, etirazlarla işləməyi bacaran və mağazaya girən müştərini satışı bağlamadan yola salmayan ("ilanı yuvasından çıxaran" satış bacarığı). Ünsiyyətcil, təşəbbüskar; Komandada işləmək bacarığı; Müştərilərlə işləmək qabiliyyəti; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; Tapşırıqların vaxtında, dəqiq yerinə yetirilməsi; Diqqət: Bu elan yalnız YÜKSƏK QAZANC əldə etmək istəyən, daxili potensialına güvənən və peşəkar kadrlar üçündür. Satış edib çox qazanmaq iddiası olmayan namizədlərin müraciət etməməsi xahiş olunur. İş haqqında məlumat: İş saatları: 10:00-20:00 Şərtlər: Əmək haqqı: Fix maaş + Satışdan yüksək Faiz/Bonus (Performansa uyğun olaraq yüksək qazanc imkanı); CV formanızı şəkil əlavə etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiz (mövzu hissəsinə Satış meneceri qeyd etməyiniz xahiş olunur) E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/193333/satis-meneceri
РЕКЛАМА