Şirkətimiz Bakı şəhərində satış fəaliyyətinin inkişafına, mövcud satış nöqtələrinin effektiv idarə olunmasına və yeni tərəfdaşların cəlb edilməsinə dəstək göstərəcək Satış təmsilçisi axtarır.
İş qrafiki: 5 günlük iş həftəsi, 09:00 – 18:00
Əmək haqqı müsahibə zamanı müzakirə olunur:
Əlavə təminatlar: Bonus sistemi, yemək xərclərinin qarşılanması, mobil rabitə təminatı, xidməti avtonəqliyyət.
Əsas vəzifə öhdəlikləri:
Təyin olunmuş ərazidə satış hədəflərinə nail olmaq və satış göstəricilərini artırmaq;
Mövcud satış nöqtələri ilə əməkdaşlığı inkişaf etdirmək və yeni satış nöqtələrini cəlb etmək;
Satış nöqtələrinə mütəmadi səfərlər etmək, satış fəaliyyətini və məhsul ehtiyatlarını izləmək;
Agentlərə məhsullar, oyunlar, terminallar və satış mexanizmləri üzrə məlumat və təlim vermək;
Satış nöqtələrində şirkət standartlarına, ticarət marketinqi və POP materiallarının yerləşdirilməsi qaydalarına riayət olunmasına nəzarət etmək;
Agentlərdən daxil olan müraciət və şikayətləri araşdırmaq, həlli istiqamətində tədbirlər görmək;
Satış nəticələrini təhlil etmək və müvafiq hesabatları hazırlamaq;
Yeni layihələrin və satış təşviqi proqramlarının həyata keçirilməsində iştirak etmək.
Təyin olunmus ərazi üzrə rout ziyaretini icra etmek;
Təyin olunmus ərazi üzrə satis nöqtələrinin is fealiyetine nezaret;
Namizədə tələblər:
Satış sahəsində minimum 2 il iş təcrübəsi;
Ali təhsil (üstünlükdür);
MS Office proqramları və CRM sistemləri ilə işləmə bacarığı;
Güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;
Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
Nəticəyönümlülük, yüksək motivasiya, məsuliyyətlilik və komandada işləmə bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsi və minimum 2 illik sürücülük təcrübəsi;
Mükəmməl təşkilatçılıq və təqdimat bacarıqları;
Dəyişikliklərə tez adaptasiya
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi – Bakı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208710/satis-temsilcisi
РЕКЛАМА
Биз cookie файлдарын колдонобуз Аналитика — сиздин макулдугуңуз менен гана; зарыл cookie'лер дайыма күйүк.Купуялык саясаты