Prayk

Senior Software Engineer (Baş mütəxəssis)

Келишим боюнча
Текшерилди1 апта мурун
Күнү
Көрүүлөр
10
Номери
№4646844

Сүрөттөмө

Təsvir Rəqəmsal Bankçılıq sistemlərini inkişaf etdirmək və dəstəkləmək, onların stabil, təhlükəsiz və etibarlı fəaliyyətini təmin etmək. Biznes tələblərinə uyğun yeni funksionallıqları layihələndirmək və hazırlamaq. Sistemlərin layihələndirilməsində, arxitekturanın təkmilləşdirilməsində, texnologiya seçimində və texniki qərarların qəbulunda iştirak etmək. Bankın daxili sistemləri və xarici platformalarla inteqrasiyaları layihələndirmək və həyata keçirmək. İstifadə ssenarisinə uyğun texnologiya seçərək Java, Go və ya Python ilə servislər, inteqrasiyalar və avtomatlaşdırma həlləri hazırlamaq. Funksionallıqların texniki layihələndirmədən hazırlanma, test, istehsal mühitinə yerləşdirmə və dəstəyə qədər bütün mərhələləri üzrə məsuliyyət daşımaq. Kod icmalları (code review) aparmaq, kodun keyfiyyətini, təhlükəsizliyini və dəstəklənə bilməsini təmin etmək. Komanda üzvlərinə texniki dəstək göstərmək və mentorluq etmək. Kritik insidentləri, performans problemlərini və istehsal mühitində yaranan nasazlıqları araşdırmaq və aradan qaldırmaq. Tapşırıqların texniki qiymətləndirilməsində, planlaşdırılmasında və icrasının koordinasiyasında iştirak etmək. API spesifikasiyaları, sistem diaqramları və arxitektura qərarları daxil olmaqla texniki sənədləşməni hazırlamaq və yeniləmək. Məhsul menecerləri, biznes analitikləri, arxitektorlar, QA, DevOps və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq etmək. Şöbənin fəaliyyət istiqamətinə uyğun digər mühəndislik tapşırıqlarını yerinə yetirmək. Tələblər Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilir); Proqram təminatının hazırlanması üzrə minimum 5 il müvafiq iş təcrübəsi; OOP, SOLID, Clean Code və dizayn nümunələri (design patterns) üzrə dərin bilik; Java 8+ və Spring ekosistemi (Spring Boot, Spring Data JPA, Spring Security, Spring Cloud) üzrə geniş praktiki təcrübə; Go və ya Python üzrə biliklər; Mikroservis arxitekturası və paylanmış sistemlərin layihələndirilməsi təcrübəsi (miqyaslanma, nasazlıqlara davamlılıq, təhlükəsizlik); REST API, mesaj brokerləri (Kafka və ya RabbitMQ) və Redis ilə iş təcrübəsi; Oracle və ya PostgreSQL üzrə güclü SQL bilikləri; OAuth 2.0, JWT və OWASP təhlükəsiz proqramlaşdırma prinsipləri üzrə biliklər; Git, CI/CD, Docker, Kubernetes və avtomatlaşdırılmış testlər üzrə təcrübə; Güclü analitik düşüncə, komanda üzvlərinə mentorluq etmək və işin nəticəsinə görə məsuliyyət daşımaq bacarığı; Üstünlük: bank, fintech və ya ödəniş sistemlərində təcrübə, ingilis və rus dili bilikləri. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 15.11.2026

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© Azər Türk Bank jobsearch.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА
WhatsApp