
Bakı3
Sətəmm üzrə mütəxəssis
Sətəmm üzrə mütəxəssis
Келишим боюнча
Текшерилди5 күн мурун
ШаарBakı
Күнү
Көрүүлөр3
Номери№3889047
Сүрөттөмө
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil (Texniki və ya müvafiq sahə üzrə üstünlükdür);
Dil bilikləri- Azərbaycan dili səlis, ingilis dili və rus dili arzuolunandır;
SƏTƏMM sahəsində azı 1-3 il iş təcrübəsi;
MC Office proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan Respublikasının əmək qanunvericiliyi, SƏTƏMM üzrə ISO standartları (məsələn, ISO 45001, ISO 14001) və yerli normativ hüquqi aktlar barədə dərin biliklər;
Müvafiq sahə üzrə beynəlxalq və ya yerli sertifikatların olması üstünlükdür (NEBOSH, ISO və s.);
Güclü kommunikasiya, təqdimat və təlim keçmə bacarıqları, analitik düşünmə qabiliyyəti və problem həll etmə bacarığı.
İş haqqında məlumat:
Şirkət daxilində əməyin təhlükəsizliyi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının təmin edilməsi;
SƏTƏMM üzrə müvafiq təlimatların hazırlanması, yenilənməsi və əməkdaşlara təlimlərin keçirilməsi;
İş yerlərində potensial risklərin qiymətləndirilməsi, aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
Qanunvericiliyə və şirkət standartlarına uyğun olaraq mütəmadi yoxlamaların və auditlərin aparılması;
Bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üzrə profilaktik tədbirlərin həyata keçirilməsi, baş verə biləcək hadisələrin araşdırılması;
SƏTƏMM sahəsində dövlət qurumları ilə əlaqələrin tənzimlənməsi və hesabatların vaxtında təqdim olunması.
İş şərtləri:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (SƏTƏMM üzrə mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/196840/setemm-uzre-mutexessis
Окшош жарнактар











Azersun Holding

AzəriMed MMC


