
6
Sistem və şəbəkə administratoru
Sistem və şəbəkə administratoru
Келишим боюнча
Текшерилди3 күн мурун
Күнү
Көрүүлөр6
Номери№4445329
Сүрөттөмө
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
Şirkətin baş ofisi, mağazaları və filialları üzrə sistem və şəbəkə infrastrukturunun fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək, texniki riskləri vaxtında aşkar etmək və İT xidmətlərinin daxili qaydalara uyğun şəkildə göstərilməsinə nəzarət etməkdir.
Vəzifə öhdəlikləri:
Sistem və server infrastrukturunun idarə edilməsi
Korporativ şəbəkə və server infrastrukturunun sabit işini təşkil edir və idarə edir.
Server və şəbəkə avadanlıqlarının monitorinqini aparır, dövri baxışını və yenilənməsini təmin edir.
Performansın artırılması üçün şəbəkə və sistemləri monitorinq edir, zəruri dəyişiklikləri müəyyənləşdirir və rəhbərinə təklif edir.
Şəbəkə bağlantıları, internet və IP telefoniya
Mağaza, ofis və serverlərdə internet kanalının sabit işini təşkil edir və idarə edir.
Baş ofis və filiallar arasında şəbəkə bağlantılarının işlək vəziyyətdə olmasını təmin edir.
IP telefon sisteminin idarə olunmasını həyata keçirir.
Şəbəkə servisləri üzrə problemləri araşdırır, nasazlıqların aradan qaldırılması üçün texniki tədbirlər görür.
E-poçt, ehtiyat nüsxə və informasiya təhlükəsizliyi
Korporativ elektron poçt sisteminin sabit işini təşkil edir və idarə edir.
Ehtiyat nüsxələrinin çıxarılmasını və ehtiyac yarandıqda bərpa olunmasını təmin edir.
Korporativ antivirus, antispam və digər təhlükəsizlik sistemlərinin monitorinqini və idarə olunmasını həyata keçirir.
Korporativ şəbəkənin, serverlərin və son istifadəçi mühitinin kiberhücumlara qarşı dayanıqlılığının təmin olunmasına dəstək göstərir.
Aşkar olunan informasiya təhlükəsizliyi riskləri, texniki zəifliklər və insident ehtimalları barədə IT Meneceri vaxtında məlumatlandırır.
Lisenziyalar, sertifikatlar və texniki xidmətlərin izlənilməsi
Lisenziya, sertifikat və digər ödənişli proqram təminatları və xidmətlərin mövcudluğunu və yenilənmə müddətlərini izləyir.
Zərurət yarandıqda texniki dəstək personalına köməklik göstərir.
SLA, texniki sorğular və hesabatlılıq
Sorğuların SLA tələblərinə uyğun icrasına nəzarət edir, gecikmə və problem yarandıqda operativ tədbir görür.
Texniki problemlər, risklər və açıq məsələlər barədə rəhbərliyi vaxtında məlumatlandırır və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər hazırlayır.
IT Menecer tərəfindən verilən tapşırıqları icra edir, zəruri hesabatları hazırlayaraq təqdim edir.
Görülmüş işlər və açıq texniki məsələlər üzrə məlumatların qeydiyyatını və izlənməsini təmin edir.
Daxili qaydalara uyğunluq
Şirkətin İT siyasət, prosedur və qaydalarına uyğun xidmət göstərir.
İnfrastruktur dəyişikliklərini təsdiq proseslərinə uyğun icra edir.
Məsuliyyət sahəsi:
Sistem və şəbəkə inzibatçılığı
Server və şəbəkə avadanlıqlarının monitorinqi və idarə olunması
Korporativ e-poçt, backup və bərpa prosesləri
İnformasiya təhlükəsizliyi
IP telefoniya və filial şəbəkə bağlantılarının texniki dəstəyi
SLA və xidmət keyfiyyətinə nəzarət
Tələblər
Professional biliklər:
Server əməliyyat sistemləri, domen xidmətləri və korporativ server servisləri üzrə praktiki biliklər. (Bu tələb CV-də Windows/Linux server inzibatçılığı, Active Directory/domen mühitinin idarə olunması, korporativ e-poçt, DNS, RDS, SQL/database və/və ya oxşar server servisləri üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
Virtualizasiya və storage infrastrukturu üzrə praktiki biliklər. (Bu tələb CV-də VMware ESX/ESXi/vCenter və ya oxşar virtualizasiya platformaları, SAN/NAS/DAS, iSCSI/FC və/və ya storage sistemlərinin idarə olunması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
Şəbəkə servisləri, routing/switching, VPN, VLAN və LAN/WAN infrastrukturu üzrə praktiki biliklər. (Bu tələb CV-də TCP/IP, DHCP/DNS, VLAN, VPN, routing/switching, firewall, Radius, load balancing və/və ya oxşar şəbəkə servislərinin idarə olunması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
Router, firewall, switch və wireless şəbəkə avadanlıqlarının konfiqurasiyası və idarə olunması üzrə praktiki təcrübə. (Bu tələb CV-də Cisco, HPE, Fortigate, Mikrotik, Aruba, Ubiquiti və ya oxşar şəbəkə avadanlıqları ilə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
Backup və recovery sistemləri üzrə praktiki bilik və iş təcrübəsi. (Bu tələb CV-də ehtiyat nüsxələrin idarə olunması, bərpa prosesləri, Veeam, Acronis, Symantec, Norton və ya oxşar backup sistemləri üzrə təcrübə göstərildikdə qarşılanmış hesab edilir)
Korporativ antivirus, antispam və informasiya təhlükəsizliyi monitorinqi üzrə baza praktiki biliklər. (Bu tələb CV-də endpoint security, antivirus/antispam sistemlərinin idarə olunması, təhlükəsizlik monitorinqi və/və ya texniki risklərin izlənilməsi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
IP telefoniya və IP-PBX sistemləri ilə iş təcrübəsi arzuolunandır.
SLA, monitorinq, insident qeydiyyatı, ticketing sistemi və/və ya texniki xidmət idarəetməsi üzrə təcrübə arzuolunandır.
MCSA, MCSE, CCNA, CCNP, VCP, CompTIA+ və ya oxşar sistem/şəbəkə üzrə peşəkar sertifikatlar arzuolunandır.
İngilis dili biliyi: A2 və ya daha yüksək səviyyədə arzuolunandır.
Təhsil:
İT, kompüter elmləri, şəbəkə, kibertəhlükəsizlik, telekommunikasiya və ya əlaqəli texniki sahə üzrə ali təhsil.
İş təcrübəsi:
Sistem, şəbəkə və ya IT infrastrukturunun inzibatçılığı üzrə ən az 3 il iş təcrübəsi.
Professional bacarıq və kompetensiyalar:
Analitik və alqoritmik düşüncə
Məsuliyyət
Ünsiyyət bacarıqları
Zamanın idarə olunması
Operativ qərarvermə və problem həll etmə bacarığı
Prioritetləşdirmə və kritik texniki məsələləri düzgün eskalasiya etmə bacarığı
Məxfilik və informasiya təhlükəsizliyi prinsiplərinə riayət etmə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 12.11.2026
Жарнактын булагы
Түп нуска жарнакты ачуу© Sinteks Group of Companies jobsearch.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.
Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.
РЕКЛАМА












