Prayk

SMM menecer tələb olunur

2 000 ₼
Текшерилди2 апта мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
8
Номери
№3363338

Сүрөттөмө

Vəzifə öhdəlikləri: •Şirkətin sosial media hesablarının (Facebook, Instagram, TikTok, LinkedIn və s.) idarə olunması; •Kreativ kontent planının hazırlanması və icrası; •Satışa çıxarılan mənzil, ev və torpaq sahələri üçün vizual və mətn kontentinin hazırlanması; •Reklam kampaniyalarının (Meta Ads, Google Ads) planlaşdırılması və nəticələrinin təhlili; •İzləyicilərlə aktiv ünsiyyətin qurulması və sorğulara cavab verilməsi; •Brendin tanıtımı və müştəri auditoriyasının genişləndirilməsi üçün sosial media strategiyasının hazırlanması. Tələblər: •SMM sahəsində minimum 1–2 il iş təcrübəsi; •Daşınmaz əmlak sahəsinə maraq və bu mövzuda kontent yaratma bacarığı; •Kreativ düşüncə və vizual zövq; •Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq bacarığı, ingilis dili üstünlükdür; •Foto və video redaktə proqramları (Canva, Photoshop, CapCut və s.) üzrə baza bilikləri; •Rəqəmsal reklam və analitika alətləri ilə işləmə bacarığı. Təklif olunur: •Rəqabətqabiliyyətli əmək haqqı (müsahibə əsasında); •Motivasiyaedici bonus sistemi; •Peşəkar və sürətlə inkişaf edən komandada çalışma imkanı; •Karyera yüksəlişi və təlim imkanları. Müraciət üçün CV və portfolio (əgər varsa) [e-mail ünvanı] göndərilməlidir. Fəaliyyət sahəsi: Marketinq, reklam, PR İxtisas: SMM menecer Şirkət növü: Birbaşa işəgötürən İş qrafiki: Tam İş təcrübəsi: 3 ildən 5 ilə qədər Təhsil: Orta İş yerinin ünvanı: Online Distant iş: Bəli
РЕКЛАМА