Prayk
SMM mütəxəssisi — Marketing, reklam, PR
800 ₼

SMM mütəxəssisi

ТекшерилдиБүгүн

№6433534·Көрүүлөр: 9

Сүрөттөмө

Marketinq komandasına sosial media hesablarının idarə olunması, rəqəmsal reklam kampaniyalarının həyata keçirilməsi və vizual kontentin hazırlanması üzrə kreativ, məsuliyyətli və nəticəyönümlü SMM mütəxəssisi axtarırıq. Vəzifə öhdəlikləri: Sosial media idarəçiliyi Şirkətə məxsus brendlərin sosial media hesablarının (Instagram, Facebook, TikTok) idarə olunması; Aylıq kontent planının hazırlanması və icrasının təmin edilməsi; Brendin kommunikasiya strategiyasına uyğun kreativ kontent ideyalarının hazırlanması; Post, Story, Reels və TikTok videoları üçün mətnlərin və ssenarilərin hazırlanması; Foto və video çəkilişlərinin təşkili və çəkiliş prosesində iştirak; Sosial media üzərindən daxil olan şərh və mesajların operativ cavablandırılması; Rəqiblərin sosial media fəaliyyətinin və aktual trendlərin mütəmadi təhlil edilməsi. Rəqəmsal reklam və analitika Meta Ads Manager və TikTok Ads Manager platformalarında reklam kampaniyalarının yaradılması, idarə olunması və optimallaşdırılması; Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və seqmentləşdirilməsi; Ayrılmış reklam büdcəsinin effektiv idarə olunması; Reklam kampaniyalarının effektivliyinin təhlil edilməsi (CTR, CPC, CPM, CPA, ROAS); Brendin tanınmasının, auditoriya aktivliyinin və satış göstəricilərinin artırılmasına yönəlmiş reklam kampaniyalarının həyata keçirilməsi; Həftəlik və aylıq hesabatların hazırlanması. Namizədə dair tələblər: SMM və rəqəmsal marketinq sahəsində minimum 1–2 il iş təcrübəsi; Meta Ads Manager və TikTok Ads Manager platformaları üzrə praktiki bilik və bacarıqlar; Qrafik dizayn üzrə ilkin (Junior) səviyyədə bilik və bacarıqlar; Sosial media alqoritmləri və rəqəmsal marketinq trendləri haqqında məlumatlı olmaq; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Rus və ingilis dillərini bilmək üstünlükdür; Kreativ düşüncə və analitik yanaşma; Məsuliyyətlilik, təşəbbüskarlıq və vaxtın düzgün idarə olunması; Komandada işləmək və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığı; FMCG və ya qida sektorunda iş təcrübəsi üstünlükdür. Maaş – 800 Azn Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu yerində SMM mütəxəssisi qeyd edilməlidir. Maaş: 800 AZN Son müraciət tarixi: 27.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/imanna-mmc-smm-mutexessisi-157088
РЕКЛАМА