Prayk

Sosial media mütəxəssisi

Келишим боюнча
Текшерилди3 апта мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
2
Номери
№3133328

Сүрөттөмө

İş barədə məlumat Sizi komandamıza dəvət edirik! Əgər sosial media kanallarını idarə etməkdən zövq alırsınızsa, kreativ məzmun yaratmaqda bacarıqlısınızsa və SEO biliklərinizlə auditoriyanı cəlb edə bilirsinizsə, o zaman bu vakansiya tam sizə uyğundur! Vəzifə öhdəlikləri: - Şirkətin və müştəri şirkətlərinin sosial media kanallarının (Instagram, Facebook, LinkedIn, TikTok və YouTube) effektiv idarə olunması - Aylıq post planlarının hazırlanması və sosial media paylaşımlarının həyata keçirilməsi. - Auditoriyaya uyğun cəlbedici və kreativ kontent strategiyalarının hazırlanması. - Reels və sosial media postları üçün yaradıcı brieflərin hazırlanması. - Veb sayt və sosial media üçün unikal və hədəfli məzmun yaradılması. - Blog yazılarının hazırlanması, redaktəsi və keyfiyyətinin artırılması. - Sosial mediada yeni trendləri izləmək və uyğunlaşmaq üçün təkliflər irəli sürmək. Nə təklif edirik? - Rəqabətə davamlı əmək haqqı: 800-1400 AZN (bilik və təcrübənizə əsasən) - Flexible iş saatları: həftə içi 5 iş günü, hər gün 1 saat nahar fasiləsi - Rahat və dəstəkləyici iş mühiti - Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri - Rəsmi əmək müqaviləsi ilə işə qəbul - İş yeri: Sport Plaza, ERAsoft MMC. Namizədə tələblər - Minimum 2 il iş təcrübəsi (Copywriter və ya SMM sahəsində) - Azərbaycan dilində mükəmməl yazı bacarığı və güclü ifadə qabiliyyəti - Kreativ düşüncə və detallara diqqət. - Marketinq məqsədlərinə uyğun məzmun və kontent strategiyası hazırlamaq bacarığı. - Task management tətbiqlərindən (Asana, Trello və ya oxşar alətlər) istifadə bacarığı. - Canva və ya CapCut proqramlarında işləmək təcrübəsi (üstünlük verilir) - Rus dilini bilmək üstünlükdür - SEO və SEM əsaslarını bilmək böyük üstünlükdür - Komanda ilə əməkdaşlıq etməyi və yenilikçi ideyalar təklif etməyi bacarmaq. Necə müraciət etmək olar? Zəhmət olmasa, CV və portfolionuzu ünvanına göndərin. E-poçt mövzu hissəsində "Sosial media mütəxəssisi" qeyd etməyi unutmayın. Şəhər: Bakı Yaş: 23 - 35 yaş Təhsil: Natamam ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər Əmək haqqı: 800 - 1300 AZN
РЕКЛАМА