Prayk

Su sistemləri üzrə texnik

1 400 ₼
Текшерилди5 күн мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
1
Номери
№4065732

Сүрөттөмө

Yalnız kişi namizədlər. Hərbi xidmət keçmiş və ya qanunvericiliyə uyğun olaraq hərbi xidmətə yararsız hesab edilmiş namizədlər. Saqqalın qırxılması tələbinə və əczaçılıq istehsalında tətbiq olunan gigiyena qaydalarına riayət etməyə hazır olmaq. Müvafiq ixtisas üzrə orta, orta ixtisas, peşə və ya ali təhsilə malik olmaq. İngilis dili biliyinə malik olmaq. Su sistemləri üzrə biliklərə malik olmaq. Texniki xidmət və təmir sahəsində bilik və iş təcrübəsinə malik olmaq. Komandada effektiv işləmək bacarığına malik olmaq. Microsoft Office proqramlarında işləmək bacarığına malik olmaq. Tələb olunduğu hallarda intensiv iş tempində işləmək bacarığına malik olmaq. Su sistemləri avadanlıqlarının istismarı və texniki xidməti üzrə təlimatları hazırlamaq və mütəmadi olaraq yeniləmək. Cavabdeh olduğu sistemlərin səmərəli və fasiləsiz işləməsini təmin etmək. Təhkim olunmuş sistemlərin texniki xidmətini həyata keçirmək və bununla bağlı bütün sənədlərin tam və aktual vəziyyətdə olmasını təmin etmək. Ehtiyat hissələrinin uçotunu və inventar idarəetməsini həyata keçirmək. Təhkim olunmuş bütün işlərin icrası zamanı Əməyin Mühafizəsi və Təhlükəsizliyi (ƏMT) tələblərinə riayət etmək. Əmək haqqı: 1200-1400 AZN
РЕКЛАМА