
4
Təlimçi
Təlimçi
Келишим боюнча
Текшерилди1 апта мурун
Күнү
Көрүүлөр4
Номери№3450779
Сүрөттөмө
Təlimçinin əsas vəzifəsi satış məsləhətçilərinə saç, dəri, bədən qulluğu və kosmetika kateqoriyalarında məhsulların tərkibi, xüsusiyyətləri, istifadə qaydaları və müştəriyə düzgün təqdim olunması barədə nəzəri və praktiki biliklər qazandırmaqdır.
Vəzifə öhdəlikləri:
Satış məsləhətçiləri üçün məhsul bilikləri üzrə təlimlərin hazırlanması və keçirilməsi;
Məhsulların tərkibinin və aktiv komponentlərinin izah edilməsi;
Aktiv inqrediyentlərin funksiyaları, faydaları və uyğun olduğu məhsul ehtiyaclarının öyrədilməsi;
Məhsulların düzgün istifadə qaydaları, tətbiq ardıcıllığı və bir-biri ilə uyğunluğunun izah edilməsi;
Müxtəlif dəri və saç ehtiyaclarına uyğun məhsul seçiminin öyrədilməsi;
Məhsulun müştəriyə düzgün və peşəkar şəkildə təqdim olunması bacarığının inkişaf etdirilməsi;
Məhsulların üstünlüklərinin və fərqləndirici xüsusiyyətlərinin satış prosesində düzgün çatdırılması;
Praktiki case-lər, rol oyunları və məhsul testlərinin hazırlanması;
Yeni məhsullar və məhsul yenilikləri üzrə komandanın məlumatlandırılması.
Tələb olunan bilik və bacarıqlar:
Beauty, kosmetika, dermatokosmetika, farmasiya, kimya və ya əlaqəli sahədə təhsil və təcrübə;
Saç, üz, bədən qulluğu və kosmetik məhsullar haqqında geniş bilik;
Təlimçi, Beauty Advisor, satış təlimçisi və ya məhsul eksperti kimi iş təcrübəsi arzuolunandır;
Güclü təqdimat və kommunikasiya bacarıqları;
Məlumatı sadə və anlaşılan şəkildə izah etmək bacarığı;
Auditoriya qarşısında sərbəst çıxış etmək və interaktiv təlim keçmək bacarığı;
Azərbaycan dilində səlis nitq; rus və ingilis dili biliyi üstünlükdür.
Biz nə təklif edirik:
Peşəkar və dinamik iş mühiti;
Gözəllik sektorunda inkişaf və karyera imkanları;
Müxtəlif brendlər və məhsul kateqoriyaları ilə işləmək imkanı;
Təlimçi kimi öz metodologiyasını tətbiq etmək və inkişaf etdirmək imkanı;
Əmək bazarına uyğun əmək haqqı və motivasiya sistemi.
İş qrafiki:
Həftədə 6 iş günü
Bazar ertəsi–cümə: 10:00–18:00
Şənbə: 10:00–14:00
Bazar günü: istirahət günü
CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994 55 202 99 49 WhatsApp nömrəsinə göndərilə bilər.
Zəhmət olmasa, vakansiyanın saytınızda yerləşdirilməsi üçün dəstək göstərəsiniz.
Həmçinin, standart paket üzrə yerləşdirmə seçimini etdiyimizi qeyd etmək istərdik. Zəhmət olmasa, ödəniş qaydası və ödəniş üçün tələb olunan məlumatlar barədə bizi məlumatlandırasınız.
Son müraciət tarixi: 29.10.2026
Жарнактын булагы
Түп нуска жарнакты ачуу© Adaline MMC jobsearch.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.
Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.
Окшош жарнактар







Келишим боюнча
Təlim, inkişaf və daxili kommunikasiya üzrə mütəxəssis, aparıcı mütəxəssis
Bakı08.10.2026



Келишим боюнча
Rus və Azərbaycan bölmələri üzrə ibtidai sinif müəllimliyi üzrə ödənişli təcrübə proqramı
08.10.2026




Susen
