Prayk

Tender və Korporativ Satışlar üzrə mütəxəssis

1 000 ₼
Текшерилди3 апта мурун
КатегорияСатуу

№5677752·Көрүүлөр: 3

Сүрөттөмө

Hazırda komandamıza tender proseslərinin idarə olunması, kommersiya təkliflərinin hazırlanması, korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, eləcə də yeni satış imkanlarının müəyyənləşdirilməsi üzrə fəaliyyət göstərəcək məsuliyyətli və təşəbbüskar Tender və Korporativ Satışlar üzrə mütəxəssis axtarırıq. Vəzifə öhdəlikləri Dövlət və özəl sektorda elan edilən tenderlərin gündəlik izlənilməsi və uyğun layihələrin müəyyən edilməsi. Şirkətin fəaliyyət istiqamətlərinə uyğun tenderlərdə iştirakın təşkili. Tender sənədlərinin, texniki tapşırıqların və BOQ fayllarının təhlili. İstehsalçılar, distribütorlar və təchizatçılarla əlaqə saxlayaraq qiymət təkliflərinin alınması. Satış və texniki komanda ilə birlikdə kommersiya təkliflərinin hazırlanması. Tender sənədlərinin hazırlanması və elektron portallara yüklənməsi. Sifarişçilərlə danışıqların aparılması və tender prosesinin izlənilməsi. Yeni müştərilərin, layihə təşkilatlarının cəlb edilməsi. Tender nəticələrinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi. Qazanılmış tenderlərin icra komandasına ötürülməsi və müqavilə prosesinin koordinasiyası. Namizədə tələblər Tender və ya B2B satış sahəsində minimum 1-2 il təcrübə. Dövlət satınalmaları və elektron tender portalları ilə işləmə bacarığı. Excel və digər MS Office proqramlarında sərbəst işləmək. Texniki sənədləri və kommersiya təkliflərini təhlil etmək bacarığı. İngilis və rus dili biliyi üstünlükdür. IT avadanlıqları və xidməti, zəif axın, təhlükəsizlik sistemləri sahəsində təcrübə üstünlükdür. İş şəraiti İş yeri: Bakı, Çinar park biznes mərkəzi, Techtonas MMC İş rejimi: Həftə içi 5 gün, 09:00-18:00 Əmək haqqı: 1000 – 1500 AZN + mənfəətə bağlı bonus (Namizədin bacarıqlarından aslı olaraq əmək haqqı arta bilər) Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Maaş: 1000 AZN Son müraciət tarixi: 06.12.2026

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© Techtonas jobsearch.az · Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА