Məişət texnikasının təmiri şöbəsinə sifarişlərin koordinasiyası, statusların idarə olunması, ehtiyat hissələrinin kodlaşdırılması və təmir prosesinə başlanğıcdan müştəriyə təhvil verilənədək nəzarət edəcək Texniki Operator axtarırıq.
Qeyd: Müştəri məlumatlarının ilkin qeydiyyatı ayrı əməkdaş tərəfindən aparılır; texniki operator işlərin icra mərhələsini və sistem qeydlərini idarə edir.
Tələblər və Üstünlüklər
Rus dili biliyi — mütləqdir (sərbəst ünsiyyət və yazışma bacarığı).
İngilis dili biliyi — arzuolunandır (istehsalçı saytları və texniki sənədlərlə işləmək üçün üstünlükdür).
Microsoft Office proqramlarından (xüsusilə Excel və Word) inamlı istifadə bacarığı.
Servis mərkəzi, məişət texnikası təmiri, ehtiyat hissələri uçotu və ya texniki koordinasiya sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
Yüksək diqqət, dəqiqlik, məsuliyyətlilik və çoxtapşırıqlı mühitdə işləmə bacarığı.
Yaş həddi: 20- 35 yaş
Cinsi: Fərq etməz
Təhsil: İlk peşə ixtisas - Bakalavr
Əsas Vəzifə Öhdəlikləri
Sistemə daxil edilmiş təmir işlərinin müvafiq texniklərə ötürülməsi və icrasının izlənilməsi.
Texniklərdən daxil olan nəticələrə uyğun sistemdə statusların yenilənməsi (məsələn: təmir tamamlandı / hazır, ehtiyat hissə gözləmə rejimində və s.).
Ustaların tələb etdiyi ehtiyat hissələri üzrə istehsalçıların rəsmi saytlarından/kataloqlarından detal kodlarının müəyyən edilməsi, dəqiqləşdirilməsi, sistemdə qeydiyyata alınması və ustalara yönləndirilməsi.
Sifariş verilmiş ehtiyat hissələrinin gəlməsi barədə texniklərə operativ məlumat verilməsi.
Hər bir iş əmrinə başlanğıcdan iş bağlanıb müştəriyə təhvil verilənədək nəzarət edilməsi və prosesin gecikmədən yekunlaşdırılmasının təmin olunması.
İş şəraiti:
İş rejimi: 6 günlük
İş saatı: 09:00 – 17:00, 10:00-18:00
Şənbə günü qısa iş günü
İstirahət: Bazar günü
Əmək haqqı: 600 - 700 Azn
Ünvan: Bakı şəhəri, Tiblisi prospekti, (Karvan Şadlıq Sarayının arxası)
Ünvan: Bakı, Xətai ray., M.Hadi 41Y., Əhmədli Metro Stansiyasının çıxışı yaxınlığında
Qeyd olunan tələblərə cavab verən şəxslər mövzu başlığında “Texniki operator” qeyd edərək Cv – lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 600 AZN
Son müraciət tarixi: 26.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/baku-service-company-texniki-operator-meiset-texnikasinin-temiri-sobesi-157024
РЕКЛАМА
Биз cookie файлдарын колдонобуз Аналитика — сиздин макулдугуңуз менен гана; зарыл cookie'лер дайыма күйүк.Купуялык саясаты