Prayk

Texniki quraşdırma mütəxəssisi (Avtoelektrik)

500 ₼
Текшерилди3 күн мурун
ШаарBakı

№6382021·Көрүүлөр: 27

Сүрөттөмө

Avtomobil elektrik sistemləri üzrə bilik və praktiki bacarıqları olan, texniki sahədə inkişaf etmək istəyən məsuliyyətli və öyrənməyə həvəsli namizədləri əməkdaşlığa dəvət edirik. İş şəraiti və təminatlar - İş yeri: Bakı şəhəri; - İş qrafiki: Tam iş günü; - İşin xarakteri: Bakı şəhəri və ətraf ərazilərdə səyyar texniki quraşdırma işləri; - Əməkhaqqı: 500–800 AZN (namizədin bilik, bacarıq və praktiki hazırlıq səviyyəsinə uyğun); - Şəxsi avtomobili olan namizədlərə üstünlük verilir; - Xidməti məqsədlə şəxsi avtomobildən istifadə ilə bağlı razılaşdırılmış istismar və nəqliyyat xərcləri əlavə olaraq qarşılanır; - Xidməti fəaliyyət üçün mobil rabitə xərcləri şirkət tərəfindən ödənilir; - İş prosesində yeni texniki avadanlıqların quraşdırılması üzrə təlim və praktiki öyrədilmə təmin olunur; - Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı. Müraciət qaydası Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və ya özləri haqqında qısa məlumatı göndərə bilərlər. Öhdəliklər - Minik və yük avtomobillərində, eləcə də xüsusi texnikalarda elektrik və elektron avadanlıqların quraşdırılması; - Avtomobillərin elektrik sistemində uyğun qidalanma xətlərinin müəyyən edilməsi; - 12V/24V elektrik sistemləri ilə işləmək və müvafiq bağlantıları həyata keçirmək; - Daimi qidalanma, ACC və GND xətlərinin müəyyən edilməsi və qoşulması; - Elektrik naqillərinin çəkilməsi, birləşdirilməsi, izolyasiyası və səliqəli şəkildə yerləşdirilməsi; - Avtomobil salonunun və zəruri hissələrinin sökülüb-yığılması; - Quraşdırılmış avadanlıqların ilkin texniki yoxlanılması; - Texniki nasazlıqların və bağlantı problemlərinin müəyyən edilməsi; - Görülmüş işlər barədə texniki qeydlərin aparılması. Tələblər - Avtomobil elektrik sistemləri üzrə ilkin bilik və praktiki bacarıqlar; - 12V və 24V elektrik sistemləri haqqında anlayış; - Multimetr və digər ölçü cihazlarından istifadə bacarığı; - Elektrik naqillərini müəyyən etmək və düzgün qoşmaq bacarığı; - Naqillərin birləşdirilməsi, lehimləmə və izolyasiya işlərini bacarmaq; - Avtomobil salonunun sökülüb-yığılması üzrə praktiki təcrübə; - Texniki alətlərlə işləmək bacarığı; - Məsuliyyətli, diqqətli, səliqəli və öyrənməyə həvəsli olmaq; - Komanda ilə işləmək bacarığı. Üstünlük veriləcək namizədlər - Avtoelektrik və ya avtoelektronika sahəsində iş təcrübəsi olanlar; - Avtomobil siqnalizasiya sistemləri və əlavə elektrik avadanlıqlarının quraşdırılmasını bacaranlar; - Avtomobil elektrik və elektron sistemlərinin təmiri ilə məşğul olanlar; - B kateqoriyalı sürücülük vəsiqəsi olanlar; - Şəxsi avtomobili olan namizədlər.

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© IOT MMC busy.az · Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА