
5
Tibbi cihazlar üzrə mütəxəssis

550 ₼
Tibbi cihazlar üzrə mütəxəssis
ТекшерилдиКечээ
Күнү
Көрүүлөр5
Номери№5566464
Сүрөттөмө
Namizəddən tələblər
Ali təhsilin olması şərtdir.
Texnologiya, mexanika, energetika, İT, və oxşar ixtisaslar üzrə təhsil alan namizədlərə üstünlük veriləcəkdir.
Rus və İngilis dilini Upper intermediate səviyyəsində bilməli.
Ehtiyac olduğu halda xaricə səfər etməlidir.
Avtomobil idarə edə bilən və şəxsi avtomobilin olması şərtdir. Yanacaq və amortizasiya xərci qarşılanır.
Təhlükəsizlik və keyfiyyət standartlarına riayət etməyi bacarmalı
Universiteti yeni bitirmiş iş təcrübəsi olmayan xanım və bəylər müraciət edə bilərlər. Təcrübə tələb olunmur.
Vəzifə öhdəlikləri:
Tibbi Cihaz və avadanlıqların quraşdırılması, sazlanması və istismara verilməsi
Tibbi cihazların texniki servis proseslərinin təşkili və idarə olunması
Avadanlıqların diaqnostikası, təmiri və profilaktik baxışına nəzarət
Texniki heyətin işinin koordinasiyası və performansının qiymətləndirilməsi
Servis standartlarının və təhlükəsizlik qaydalarının tətbiqi
Müştəri şikayətlərinin operativ və peşəkar şəkildə həlli
Zaman zaman xarici istehsalçıların təşkil etdiyi təlimlərdə online vəya xaricə səfər edərək iştirak etmək.
Zərurət yarandıqda tibbi məhsulların xəstəxanalara çatdırılması və təhvil verilməsi
Başlanğıc əmək haqqı 550 manat. İşçinin əmək haqqısı fəaliyyətinə uyğun olaraq sonradan artırılacaqdır
İş vaxtı
Həftə içi: 08:30 – 17:00
Şənbə: 10:00 – 13:00
CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu bölməsində “Tibbi cihazlar üzrə mütəxəssis” qeyd edilməlidir.
Maaş: 550 AZN
Son müraciət tarixi: 03.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/macromed-group-tibbi-cihazlar-uzre-mutexessis-155422
РЕКЛАМА











