Əczaçılıq şirkətinin Azərbaycan nümayəndəliyi peşəkar komandamıza qoşulmaq üçün Tibbi nümayəndə vəzifəsinə enerjili, ünsiyyətcil və nəticəyönümlü namizədləri dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
Şirkətin məhsullarının həkimlər və əczaçılar arasında peşəkar şəkildə təşviqi;
Tibb mütəxəssislərinə müntəzəm planlı vizitlərin həyata keçirilməsi;
Şirkətin preparatları haqqında elmi və tibbi məlumatların təqdim edilməsi;
Məhsullar üzrə təqdimatların və fərdi görüşlərin keçirilməsi;
Tibb mütəxəssisləri ilə uzunmüddətli və etibarlı işgüzar münasibətlərin qurulması və inkişaf etdirilməsi;
Təyin olunmuş satış hədəflərinin, vizit planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi;
Bazarın, rəqiblərin və tibbi sahədəki yeniliklərin mütəmadi izlənilməsi;
Görülmüş işlər və əldə olunan nəticələr üzrə hesabatların hazırlanması.
Namizədə dair tələblər:
Ali təhsil (əczaçılıq, tibb, biologiya və ya kimya sahəsində təhsil arzuolunandır);
Tibbi nümayəndə vəzifəsində minimum 3 il iş təcrübəsi (üstünlükdür);
Farmakologiya və əczaçılıq bazarı haqqında ilkin biliklər;
Güclü ünsiyyət, təqdimat və inandırma bacarıqları;
Danışıqlar aparmaq və işgüzar münasibətlər qurmaq bacarığı;
Yüksək məsuliyyət, təşəbbüskarlıq və nəticəyönümlülük;
Komandada işləmək və müstəqil qərar qəbul etmək bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı.
Biz nə təklif edirik?
Rəqabətədavamlı əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi;
Peşəkar təlimlər və davamlı inkişaf imkanları;
Beynəlxalq standartlara uyğun iş mühiti;
Peşəkar və dinamik komandada çalışma imkanı;
Karyera yüksəlişi və peşəkar inkişaf perspektivləri.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/209238/tibbi-numayende-medical-representative
РЕКЛАМА
Биз cookie файлдарын колдонобуз Аналитика — сиздин макулдугуңуз менен гана; зарыл cookie'лер дайыма күйүк.Купуялык саясаты