
Bakı2
Ticari marketinq nümayəndəsi
Ticari marketinq nümayəndəsi
Келишим боюнча
Текшерилди3 апта мурун
ШаарBakı
Күнү
Көрүүлөр2
Номери№3304145
Сүрөттөмө
Vəzifə öhdəlikləri:
Müxtəlif məhsul növlərini potensial müştərilərə təqdim etmək, məhsul xüsusiyyətləri və üstünlükləri haqqında məlumat vermək;
Rəqib markaların satış strategiyalarını izləmək, bazarda dəyişiklikləri nəzərə alaraq şirkət üçün yeni təkliflər hazırlamaq;
Yeni məhsul təqdimatlarını həyata keçirmək və ya mövcud məhsullar üçün endirim və xüsusi təkliflər təqdim etmək;
Müştəri şikayətlərini və problemlərini zamanında həll etmək, yüksək müştəri məmnuniyyəti təmin etmək;
Ərazidəki satış potensialını qiymətləndirmək, müvafiq olaraq satış nöqtələrini ziyarət edərək bazar tələbləri barədə məlumat toplamaq;
Məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün müvafiq saxlanma şəraitinin qorunmasını izləmək;
Satış fəaliyyəti, məhsul tələbi, müştəri əlaqələri və rəqabətə dair hesabatları mütəmadi olaraq rəhbərliyə təqdim etmək.
Namizədə dair tələblər:
Ali təhsil;
Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti (rus dili biliyi üstünlükdür);
FMCG sektorunda marketinq və ya satış sahəsində iş təcrübəsi üstünlükdür;
MS Office proqramlarında işləmə bacarığı;
Analitik düşüncə;
Komandada işləmə bacarığı;
Məsuliyyətli olmaq;
Şəxsi avtomobil mütləqdir ("B" kateqoriyası üzrə 2 ildən artıq sürücülük təcrübəsi).
İş şəraiti:
Əmək haqqı: Razılaşma yolu ilə
İş rejimi: 5 günlük, şənbə-bazar istirahət günləridir;
İş saatı: 09:00-18:00;
Ünvan: Bakı şəhəri
Avtomobilin yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır.
Vakansiyaya müraciət etmək üçün namizədlər CV-lərini mövzu hissəsində “Ticari marketinq nümayəndəsi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/193354/ticari-marketinq-numayendesi
РЕКЛАМА










