Prayk

Topoqraf köməkçisi

800 ₼
Текшерилди1 апта мурун
Күнү
Көрүүлөр
9
Номери
№3734346

Сүрөттөмө

Vəzifə Öhdəlikləri: Sahə işləri zamanı topoqrafa texniki dəstəyin göstərilməsi və ölçmə proseslərində aktiv iştirak edilməsi; Topoqrafik cihazların quraşdırılmasında, daşınmasında və istifadəsində köməkliyin göstərilməsi; Sahədə aparılan ölçmələrin dəqiq qeydlərinin aparılması və ilkin məlumatların toplanılması; Ölçmə nəticələrinin emalına köməkliyin göstərilməsi, sxem və hesabatların hazırlanmasında iştirak; Sahə ölçmələrinin mövcud norma və təlimatlara uyğun sənədləşdirilməsində topoqrafa kömək edilməsi; Cihazların gündəlik texniki qulluğunun icrası, onların təhlükəsiz saxlanmasının və daşınmasının təmin edilməsilməsi; Sahə işlərində istifadə olunan avadanlıqların düzgün və təhlükəsiz istifadəsinin təmin edilməsi. Namizədə tələblər: Geodeziya, topoqrafiya və ya əlaqəli sahə üzrə təhsil mütləqdir; Müvafiq işdə minimum 1 il təcrübə; Topoqrafik ölçmə cihazları ilə işləməyə maraq və öyrənməyə açıq olmaq; Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma; Açıq sahədə və səyyar şəraitdə işləməyə fiziki uyğunluq; Texniki düşüncə və diqqətli olmaq. AutoCAD, MS Office (xüsusilə Excel) və GIS proqramları üzrə ilkin biliklər üstünlükdür. İş şəraiti: İş yeri: Lökbatan qəs. və Şəki şəhəri/Qəbələ şəhəri (Şəki və ya Qəbələ şəhərində yaşayan namizədlər üçün) İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Topoqraf köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Maaş: 800 AZN Son müraciət tarixi: 03.11.2026

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© Capital Construction MMC jobsearch.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА