Prayk
Xadimə — Digər
500 ₼

Xadimə

ТекшерилдиКечээ
Категория
Башка
Күнү
Көрүүлөр
4
Номери
№4865715

Сүрөттөмө

Ofisə xadimə tələb olunur (səhər saatlarında) Ofisimizin təmizliyini təmin etmək və əməkdaşlar üçün səhər çayı hazırlamaq məqsədilə məsuliyyətli, səliqəli və diqqətli xadimə axtarırıq. Əsas vəzifələr: Səhər saatlarında ofisin gündəlik təmizliyini həyata keçirmək; Mətbəxin, sanitar qovşaqların və ümumi istifadə sahələrinin təmizliyini təmin etmək; Mebel, qapı və şüşə arakəsmələrin səthlərini təmizləmək; Zibilləri atmaq və zibil torbalarını dəyişmək; Sabun, kağız dəsmal və digər gigiyena vasitələrinin vaxtında təmin edilməsinə nəzarət etmək; Əməkdaşlar üçün səhər çayı hazırlamaq və mətbəxi səliqəyə salmaq; Təmizlik vasitələrindən düzgün və təhlükəsiz istifadə etmək, çatışmazlıqlar barədə məlumat vermək. Namizədə qoyulan tələblər: Xadimə və ya təmizlik sahəsində minimum 1 il iş təcrübəsi; Səliqəlilik, məsuliyyət və punktuallıq; Ofis təmizliyi və gigiyena qaydaları barədə məlumatlı olmaq; Təmizlik vasitələrindən düzgün istifadə bacarığı; Diqqətli, nəzakətli olmaq və məxfiliyə riayət etmək; Rus dili biliyi arzuolunandır. İş şəraiti: İş yeri: Bakı şəhəri, Ağ Şəhər; İş qrafiki: səhər saatlarında qismən məşğulluq. Təmizlik və çay hazırlığı tamamlandıqdan sonra iş günü başa çatır; İş saatları müsahibə zamanı dəqiqləşdiriləcək; Əməkhaqqı: 500 AZN. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Maaş: 500 AZN Son müraciət tarixi: 19.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-xadime-154229
РЕКЛАМА