Prayk
Xaricdə Təhsil üzrə Mütəxəssis (Ofis daxili) — Təhsil və elm
400 ₼

Xaricdə Təhsil üzrə Mütəxəssis (Ofis daxili)

ТекшерилдиБүгүн
Күнү
Көрүүлөр
10
Номери
№6178462

Сүрөттөмө

Vəzifə öhdəlikləri: Xaricdə təhsil almaq istəyən tələbə və valideynlərə ilkin məlumatların verilməsi, düzgün universitet və proqram seçiminə dəstək; Daxil olan zənglərin, sosial media və WhatsApp müraciətlərinin cavablandırılması və ofisə dəvət olunması; Müraciət edən tələbələrin sənədlərinin qəbulu, yoxlanılması və sistemləşdirilməsi; Xarici universitetlərə müraciət (application) prosesinin izlənilməsi və tələbələrlə mütəmadi əlaqənin saxlanılması; Müqavilələrin hazırlanması və müştəri bazasının (CRM / Excel) gündəlik yenilənməsi; Rəhbərliyə görülən işlər və müraciətlərlə bağlı gündəlik/həftəlik hesabatların təqdim edilməsi. Namizədə tələblər: Ali və ya natamam ali təhsil; İngilis dili biliyi (ilkin/orta səviyyədə – yazışmaları və sənədləri anlamaq üçün); Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti; MS Office proqramları (xüsusilə Word və Excel) ilə işləmək bacarığı; Yüksək ünsiyyət, inandırma və komanda ilə işləmək bacarığı; Məsuliyyətli, punktual və detallara qarşı diqqətli olmaq. Qeyd: Xaricdə təhsil və ya satış sahəsində təcrübəsi olanlara üstünlük veriləcək İş şəraiti və əməkhaqqı: İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 17:00 (1 saat nahar fasiləsi daxil); İstirahət günləri: Şənbə və bazar; Əməkhaqqı: 400 AZN (sabit) + hər qeydiyyatdan yüksək bonuslar. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərlər. Mövzu hissəsində "Xaricdə təhsil mütəxəssisi" qeyd olunması xahiş olunur. Maaş: 400 AZN Son müraciət tarixi: 20.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/basic-academy-xaricde-tehsil-uzre-mutexessis-ofis-daxili-156587
РЕКЛАМА