
10
Yol mühəndisi

1 000 ₼
Yol mühəndisi
АнализделүүдөКечээ
Күнү
Көрүүлөр10
Номери№5328402
Сүрөттөмө
Vəzifə öhdəlikləri:
Yol tikintisi layihələrinin texniki cəhətdən təhlili və layihə sənədlərinin yoxlanılması;
Yol həndəsəsi, yol profilləri, en kəsiklər və yol örtüyü konstruksiyalarının qiymətləndirilməsi;
Torpaq işləri, yol əsasının və asfalt-beton örtüyünün tikintisinə texniki nəzarət;
Tikinti işlərinin layihə cizgilərinə, texniki şərtlərə və qüvvədə olan standartlara uyğunluğunun yoxlanılması;
İcra olunmuş işlərin həcmlərinin hesablanması və müvafiq texniki hesabatların hazırlanması;
Mühəndislik sənədlərinin, işçi çertyojların və icra sənədlərinin hazırlanması və yoxlanılması;
Layihəçi, podratçı və texniki nəzarət qrupu ilə koordinasiyanın təmin edilməsi;
Yol tikintisi layihələri üzrə mühəndislik sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi;
Texniki sənədlərin, hesabatların və layihə sənədlərinin tərtib edilməsi;
Layihə sənədlərinin müvafiq texniki norma və standartlara uyğunluğunun təmin edilməsi;
Texniki yazışmaların və sənədləşmənin ingilis dilində aparılması;
Layihə komandası və digər aidiyyəti tərəflərlə koordinasiyanın təmin edilməsi;
İş qrafiki və qeydlər:
5 günlük iş qrafiki
İş yerinin ünvanı: Baş ofis Azur plaza (8 Noyabr prospekti)
Əmək haqqı: 1000-1500 AZN
Tələblər:
Təhsil: Yol mühəndisi (Yol və ya mülki tikinti) ixtisası üzrə ali təhsil
Yol mühəndisi sahəsində azı 2 il iş təcrübəsi
Cinsi: Qadın
İngilis dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Yol mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 29.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/blackrock-energy-and-infrastructure-llc-yol-muhendisi-155096
РЕКЛАМА














