Ayaqqabı yuma çantası – mikrofiber və mesh kombinasiyalı silindrik çanta
Krossovka və idman ayaqqabılarını maşında təhlükəsiz yumaq üçün xüsusi torba. Ayaqqabını içinə qoyun, fermuarı bağlayın və maşına atın. Əllə sürtməyə ehtiyac qalmır.
Əsas xüsusiyyətlər:
🟡 Yumşaq çenil daxili hissə. Ayaqqabını barabana çırpılmaqdan qoruyur, formasını saxlayır.
🟡 Yan tərəfdə mesh (tor) hissə. Su və yuyucu toz rahat keçir, ayaqqabı yaxşı yuyulur.
🟡 Möhkəm fermuar. Ayaqqabı torbanın içində yerindən tərpənmir.
🟡 Səs-küyü azaldır. Yuma zamanı maşın az səslənir və zədələnmir.
🟡 Təkrar istifadə olunur. Tez quruyur, uzun müddət xidmət edir.
Haraya uyğundur?
Krossovka, idman və parça ayaqqabılar üçün. Corab, əlcək və kiçik oyuncaqları da bu torbada yumaq olar.
İstifadə qaydası:
Bağları çıxarın, böyük kirləri silkələyin.
Ayaqqabını torbaya qoyub fermuarı bağlayın.
Zərif rejim və aşağı temperatur seçin.
Yuyulandan sonra kölgədə qurudun.
Məhsul yenidir, istifadə olunmayıb.