
Bakı3
Zəif axın üzrə texnik
Zəif axın üzrə texnik
800 ₼
Текшерилди2 күн мурун
ШаарBakı
Күнү
Көрүүлөр3
Номери№4168246
Сүрөттөмө
İş barədə məlumat:
• Mühafizə-təhlükəsizlik, videomüşahidə və telekommunikasiya infrastrukturlarının montajı, inteqrasiyası və texniki sazlanmasını həyata keçirmək;
• IP və analoq əsaslı videomüşahidə (CCTV) sistemlərinin, o cümlədən NVR, DVR və analitik kameraların quraşdırılması, sazlanması və şəbəkəyə inteqrasiyasını həyata keçirmək;
• Ünvanlı və konvensional yanğın xəbərdarlıq sistemlərinin (FAS) montajını, idarəetmə panellərinin sazlanmasını və funksional sınaqlarını həyata keçirmək;
• Giriş-çıxışa nəzarət sistemlərinin (ACS), biometrik oxuyucuların, domofonların, turniket və şlaqbaumların quraşdırılması, sazlanması və proqramlaşdırılmasını həyata keçirmək;
• Mühafizə-həyəcan siqnalizasiya sistemlərinin, simli və simsiz sensorların və idarəetmə panellərinin quraşdırılması və rabitə kanallarının sazlanmasını təmin etmək;
• Kommutasiya şkaflarının (Rack Cabinet) yığılması, patch-panellərin sonlandırılması və lokal şəbəkənin (LAN) fiziki infrastrukturunun qurulması və test edilməsini həyata keçirmək;
• Zəif axın sistemləri üzrə kabel xətlərinin layihəyə və texniki tələblərə uyğun çəkilməsini və avadanlıqların düzgün qoşulmasını təmin etmək;
• Layihə çertyojlarını və texniki sxemləri oxumaq, layihəyə uyğun montaj və quraşdırma işlərini icra etmək;
• Quraşdırılmış sistemlərin funksional və texniki sınaqlarını həyata keçirmək;
• Aşkar edilmiş texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
• İcra olunmuş işlərin layihə və texniki tələblərə uyğun şəkildə təhvil verilməsini təmin etmək;
• Görülmüş işlər və aşkar edilmiş texniki problemlər barədə müvafiq hesabat və məlumatları təqdim etmək;
• Layihə obyektlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər:
Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 20 - 40
Cins : Kişi
• Elektronika, Avtomatika, IT, Telekommunikasiya və ya əlaqəli texniki istiqamət üzrə təhsil və ya müvafiq sahədə peşəkar ixtisaslaşma;
• Zəif axın və təhlükəsizlik sistemlərinin montajı, quraşdırılması və sazlanması üzrə minimum 1–2 il praktiki iş təcrübəsi;
• CCTV, FAS, ACS, mühafizə-həyəcan siqnalizasiya və digər zəif axın sistemləri üzrə praktiki bilik;
• TCP/IP, subnetting, marşrutlaşdırma və əsas şəbəkə protokolları üzrə baza bilikləri;
• Təhlükəsizlik və zəif axın avadanlıqlarının konfiqurasiya proqramları ilə işləmək bacarığı;
• Layihə çertyojlarını, texniki sxemləri və spesifikasiyaları oxumaq bacarığı;
• Kabel sistemlərinin çəkilişi, sonlandırılması və test edilməsi üzrə praktiki bacarıq;
• Texniki avadanlıqlarla işləmək və nasazlıqları müəyyənləşdirib aradan qaldırmaq bacarığı;
• Komandada işləmək, məsuliyyətli və diqqətli olmaq;
• Obyektlərdə və layihə sahələrində işləməyə hazır olmaq;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Əmək haqqı: 800 AZN
Şirkət: Azin Technology MMC
Müraciət: https://ejob.az/is-elani/104434-zeif-axin-uzre-texnik/
Окшош жарнактар














AzəriMed MMC
