Müxtəlif növ ödəniş sənədlərinin (tədarükçülər, vergi orqanları, əməkhaqqı və s.) 1C 8.3 ERP sistemində yaradılması və təsdiqlənməsi;1C ERP sistemi ilə bank sistemləri arasında məlumat inteqrasiyasının aparılması;Ödəniş tapşırıqlarının formalaşdırılması və elektron bank sisteminə ötürülməsi;Bank üzərindən həyata keçirilmiş ödənişlərin sistemdə düzgün qeydiyyatının aparılması və uyğunluğunun yoxlanılması;Ödənişlər üzrə gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;ERP sistemində maliyyə axınlarının düzgün əks olunmasının təmin edilməsi;Mühasibatlıq və maliyyə komandası ilə sıx əməkdaşlıq.
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;- Analoji sahə üzrə minimum 3-4 il iş təcrübəsi;- 1C 8.3 ERP proqramında işləmək bacarığı;- Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);- MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;- Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;- Azərbaycan Respsublikasının İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilməli;- Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli;- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;- Problemləri həll etmə bacarığı olmalıdır;- PMS, ACCA, CİMA sertifikatlarının olması arzu olunandır.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: AzərPambıq ASK MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azercotton/azercotton-aparici-muhasib-odenisler-uzre-33439781/apply