Təchizatçılardan daxil olan hesab-fakturaların yoxlanılması, təsdiqlənməsi və mühasibat sisteminə düzgün şəkildə daxil edilməsi;Kreditor borcların uçotunun aparılması, təchizatçılarla mütəmadi üzləşdirmələrin həyata keçirilməsi və qalıqların nəzarətdə saxlanılması;Ödənişlərin müəyyən edilmiş qrafikə uyğun hazırlanması, təsdiq prosesinin izlənilməsi və vaxtında icrasına nəzarət edilməsi;Bank əməliyyatlarının, ödəniş tapşırıqlarının və köçürmələrin hazırlanması və icra prosesinin koordinasiya edilməsi;Müqavilə şərtlərinə uyğun olaraq ödəniş cədvəllərinin izlənilməsi və ödəniş öhdəliklərinin vaxtında yerinə yetirilməsinin təmin edilməsi;Təchizatçılarla hesablaşmalar zamanı yaranan uyğunsuzluq və mübahisələrin araşdırılması, əlaqələndirilməsi və operativ həllinin təmin edilməsi;Ay sonu bağlanış prosesində iştirak edilməsi, hesabların uzlaşdırılması və zəruri mühasibat əməliyyatlarının icrası;Maliyyə hesabatlarının hazırlanması üçün tələb olunan məlumatların toplanması, təhlili və təqdim edilməsi;Daxili və xarici audit proseslərində iştirak edilməsi, audit sorğularına uyğun sənədlərin hazırlanması və təqdim olunması.
Tələblər:
Təhsil səviyyəsi - Bakalavr;Sahə üzrə minimum 3 il iş təcrübəsi;Beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür;Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;Danışıqların aparılması bacarığı;Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;Dəyişikliklərə uyğunlaşmaq bacarığı;Microsoft Office proqramları (MS Word, Excel – əla səviyyədə);Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( orta), Rus dili (orta).
İş qrafiki:Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü: Tam ştat
Şirkət: "Azərbaycan Hava Yolları" QSC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-maliyye-ve-muhasibat-ucotu-idaresi-muhasib-74610305/apply