Bir çox mükafat alan GARDENA Comfort 500 AL budama aləti cəmi 600 qram ağırlığında olub, çox yüngül, istifadəsi asan və güclü alətdir. Onun uzunluğu 500 mm-dir və xüsusilə 35 mm diametrədək bərk quru budaqların kəsilməsi üçün uyğundur. Patentlə qorunmuş dişli ötürücü kəsim gücünü 38% artırır. Yapışmaya qarşı örtük ilə dəqiq itilənmiş bıçaq və yeni kəsim geometrisi budaqların fövqəladə dərəcədə təmiz və yumşaq kəsilməsini təmin edir. Ankovkaların praktik şəkildə dəyişdirilməsi mümkündür. Xüsusi yüngül, erqonomik plastik tutacaqlar işi rahat və yorulmadan etmək imkanı verir. İkiqat uclu məhdudlaşdırıcılar biləkləri daha az yükləyir. Bu ankovkalı budama alətinə GARDENA 25 illik zəmanət verir.