Buzovna–Maştağa yolunda, ana yoldan cəmi 30 metr içəridə yerləşən 3 sot torpaq sahəsində inşa olunmuş, ümumi sahəsi 220 kv.m olan müasir üslublu 2 mərtəbəli 5 otaqlı villa satışa çıxıb. Villa geniş və rahat görnüşə malikdir. Evdə 4 yataq otağı, geniş qonaq otağı, mətbəx və 2 sanitar qovşaq var. Döşəmə tam isti poldur, kombi sistemi quraşdırılıb. Müasir və zövqlə təmir olunmuş villada xüsusi dizaynlı işıqlandırma sistemi istifadə edilib. Həyətyanı sahəsi genişdir və tametlə döşənib. Həyətdə filterli hovuz, manqal zonası, pultla idarə olunan jalüz qapı və ətrafında dekorativ şam ağacları mövcuddur. Villanın ikinci mərtəbəsində həyətə baxan geniş eyvan yerləşir. Ev yeni təmir olunub və yaşayış üçün tam hazır vəziyyətdədir.
© Firuzə Xanım · unvan.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.