Namizədə olan tələblər:
Ali təhsil;
Direktor assistenti kimi 1 ilə qədər təcrübə, tender üzrə təcrübə və ya biliklərin olması üstünlükdür;
1C 8.3, MS Excel və MS Word proqramlarında işləmə bacarığı olmalı
Vəzifə öhdəlikləri:
Sənədlərlə bağlı əməliyyatların icra edilməsi;
Təsdiqlənmiş sənədlərin elektron reyestrinin aparılması;
Təsdiqlənmiş tenderlər üzrə təklif matrisalarının hazırlanması və tələb olunan sənədlərin yığılması;
Rəhbərliyin tələbi ilə daxili hesabatların hazırlanması;
Şirkət əməkdaşlarının müraciətlərinə əsasən taksi sifarişinin verilməsi;
Direktorun daxili və xarici səfərlərinin planlanması, aviabiletlərin alınması və otelin bron edilməsi;
Tərcümə və çap işlərinin icra edilməsi;
Görüşlərə hazırlığın aparılması, görüşdə toxunulacaq məsələlərlə bağlı qeydlərin aparılması;
Direktorun qonaqlarının qarşılanması və yerləşdirilməsi;
Direktorun adından şirkətin korporativ portalında tapşırıqların yaradılması və həmin tapşırıqların icrasına nəzarət edilməsi;
Əməkdaşlarla Direktor arasında əlaqələndirici olaraq çıxış edilməsi;
İş şəraiti və ümumi vəziyyətlə bağlı Direktorun məlumatlandırılması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsi.
İş şərtlərimiz:
Əmək haqqı: 600-800 Azn;
İş qrafiki: Həftə içi 5 gün;
İş saatları: 08:30-17:30;
Servis xidməti;
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Direktor Assistenti” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2495&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.
Maaş: 600 AZN
Son müraciət tarixi: 17.10.2026