Catering 145 Group şirkəti dinamik iş mühitində çalışa biləcək, yüksək məsuliyyətli, operativ və analitik düşüncəyə malik əməkdaş axtarır.
Vəzifə öhdəlikləri
Operation Director-un gündəlik fəaliyyətinin təşkilati və əməliyyat məsələlərində dəstəklənməsi;
Catering layihələri üzrə gündəlik məlumatların toplanması, yoxlanılması və sistemləşdirilməsi;
Layihələr üzrə xərc, büdcə, ödəniş və digər maliyyə göstəricilərinin izlənilməsinə dəstək göstərilməsi;
Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
Əməliyyat, maliyyə, satınalma, anbar və digər struktur bölmələri ilə koordinasiyanın həyata keçirilməsi;
İşçi sayı, ərzaq və material sərfiyyatı, məhsul tədarükü, nəqliyyat və digər əməliyyat göstəricilərinin izlənilməsi;
Excel proqramında məlumatların təhlili və hesabatların hazırlanması;
Rəhbər tərəfindən verilən tapşırıqların operativ və düzgün şəkildə icra edilməsi;
Layihələr üzrə yaranan operativ məsələlərin aidiyyəti şəxslərlə koordinasiya edilməsi və rəhbərə məlumat verilməsi;
Zəruri hallarda layihə ərazilərinə səfərlərdə iştirak.
Namizədə tələblər
Yaş aralığı 23-35
Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Maliyyə təhsili olmayan namizədlər üçün maliyyə, hesabatlılıq, əməliyyat və ya əlaqəli sahədə praktiki iş təcrübəsi;
İngilis dili – B1–B2 səviyyəsi; Rus dili arzuolunandır
Catering sahəsində iş təcrübəsi arzuolunandır;
MS Excel proqramında yaxşı işləmək bacarığı;
Analitik düşünmə və rəqəmlərlə işləmə qabiliyyəti;
Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları;
İntensiv iş yükünə və dinamik iş mühitinə davamlılıq;
Eyni vaxtda bir neçə tapşırığı prioritetləşdirərək idarə etmək bacarığı;
Operativlik, məsuliyyətlilik və diqqətlilik;
Problem həll etmə və koordinasiya bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır.
İş şəraiti
İş yeri: Bakı, ISR Plaza
İş formatı: Tam iş günü
Əməkhaqqı: 800–1000 AZN
CV-lərinizi mövzu hissəsində “Əməliyyatlar üzrə direktor köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə: 055 400 01 45
Maaş: 800 AZN
Son müraciət tarixi: 16.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/catering-145-group-emeliyyatlar-uzre-direktor-komekcisi-151388