Grandstream GWN7802P — kiçik və orta müəssisələr üçün nəzərdə tutulmuş Layer 2+ səviyyəli idarəolunan şəbəkə switchidir , güclü performans, təhlükəsizlik və çevik idarəetmə imkanlarını bir arada təqdim edir. Cihaz 16 ədəd Gigabit Ethernet portu və 4 ədəd Gigabit SFP uplink portu ilə təchiz olunub, bu da həm simli şəbəkə, həm də optik fiber bağlantı üçün yüksək ötürmə sürəti təmin edir. Smart Dynamic PoE/PoE+ enerji idarəetmə sistemi sayəsində hər portun enerji paylanması avtomatik tənzimlənir və IP telefonlar, IP kameralar, Wi-Fi access point-lər kimi qurğular səmərəli şəkildə qidalanır. Advanced VLAN dəstəyi sayəsində şəbəkə trafiki çevik şəkildə seqmentləşdirilir, QoS (Quality of Service) funksiyası isə vacib tətbiqlərin prioritet ötürülməsini təmin edir. IGMP Snooping texnologiyası video axın və çoxsaylı bağlantılarda performansı optimallaşdırır. Təhlükəsizlik baxımından GWN7802P ARP Inspection , IP Source Guard , DoS hücum müdafiəsi , port security və DHCP Snooping kimi mexanizmlərlə şəbəkəni qoruyur. Qurğu həm IPv4 , həm də IPv6 mühitlərində problemsiz işləyir. İdarəetmə üçün lokal Web UI , eləcə də GWN.Cloud və GWN Manager vasitəsilə bulud və yerli idarəetmə imkanı təqdim olunur. Grandstream GWN7802P — təhlükəsiz, sabit və miqyaslana bilən şəbəkə infrastrukturunu qurmaq istəyən bizneslər üçün ideal enterprise səviyyəli PoE switch həlli dir.