Türkiyə istehsalı olan və tamamilə dəridən hazırlanmış bu kişi krossovkası həm iş, həm də gündəlik geyiminizlə rahatlıqla uyğunlaşacaq. Dəri üzərindəki zamşa detallar ayaqqabıya cəlbedici görünüş verir. Alt hissəsinin bej rəngli və bir az qalın olması həm boyunuzu hündür göstərir, həm də ayağınızda fərqli görünüş yaradır. Klassik ipli bağlaması sayəsində ayağınızın formasını tam tutur və gün boyu ayağınızda rahatlığı hiss edirsiniz. Cins və ya kətan şalvarla kombin edib hər yerdə rahatlıqla istifadə edə biləcəyiniz çox keyfiyyətli bir modeldir.