Fintech Lab MMC operativ və məsuliyyətli namizədləri komandaya dəvət edir. Hazırda kuryer vakansiyası üzrə işçi axtarılır.
Vəzifə öhdəlikləri:
Sənəd və bağlamaların ünvanlara vaxtında və təhlükəsiz çatdırılması
Müştərilərdən sənədlərin təhvil alınması və ofisə çatdırılması
Çatdırılma sənədlərinin düzgün rəsmiləşdirilməsi
Gündəlik marşrut üzrə sifarişlərin operativ icrası
Tələblər:
Bakı şəhərini yaxşı tanımaq
Məktubların və digər sənədlərin çatdırılması üzrə iş təcrübəsinin olması mütləqdir
Məsuliyyətli, çevik və intizamlı olmaq
Səliqəli görünüş və ünsiyyət bacarığı
şəxsi motosiklet və A kateqoriyalı sürücülük vəsiqəsi olması üstünlükdür
İş şəraiti:
5 günlük iş qrafiki
İş yeri: Bakı
Əmək haqqı: Moto kuryer üçün 900-1000 AZN (ƏH+ bonusla birlikdə); Piyada kuryer üçün 500-600 AZN (ƏH+ bonusla birlikdə)
Stabil və inkişaf edən şirkətdə karyera imkanı
Tam ştat (yarım ştat üzrə də müraciətlər qəbul olunur)
CV-lərinizi “Kuryer” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır
Maaş: 900 AZN
Son müraciət tarixi: 25.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/fintech-lab-mmc-kuryer-152256