AzTelco Group-un tabeliyində fəaliyyət göstərən qurumlardan birində vakansiya açıqdır.
Vəzifə Öhdəlikləri:
Müəssisənin illik və aylıq büdcələrinin hazırlanması və icrasına nəzarət etmək;
Maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək;
Gəlir və xərclərin təhlilini aparmaq, kənarlaşmalar üzrə rəhbərliyə məlumat vermək;
Pul vəsaitlərinin hərəkətinə nəzarət etmək və proqnozlar hazırlamaq;
Xərclərin optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq;
Audit və yoxlamalar zamanı tələb olunan maliyyə məlumatlarını təqdim etmək;
Vergi və digər dövlət ödənişləri üzrə mühasibatlıqla koordinasiyalı işləmək;
Maliyyə risklərini müəyyən etmək və onların azaldılması üçün tədbirlər təklif etmək;
Güclü analitik düşüncə, maliyyə məlumatlarını təhlil etmək və əsaslandırılmış qərarlar qəbul etmək bacarığı;
Komanda idarəetməsi və müxtəlif struktur bölmələri ilə effektiv əməkdaşlıq bacarığı;
Yüksək məsuliyyətlilik, diqqətlilik və məxfi maliyyə məlumatları ilə işləmə bacarığı;
Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək.
Tələb Olunan Bilik və Bacarıqlar:
Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
Maliyyə menecmenti, maliyyə planlaşdırılması, idarəetmə, mühasibatlıq və ya audit sahəsində minimum 3–5 il iş təcrübəsi;
Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə bilməsi;
MS Office proqramları, xüsusilə Excel (Pivot Table, maliyyə formulları, məlumatların təhlili və hesabatların hazırlanması) üzrə yüksək səviyyədə istifadə bacarığı;
1C, SAP, Oracle və digər ERP sistemləri ilə işləmək bacarığı;
ACCA, CFA və ya CIMA kimi beynəlxalq maliyyə/mühasibatlıq üzrə peşəkar sertifikatların olması üstünlükdür.
Təklif Edilir:
Tibbi Sığorta;
Korporativ nömrə;
Nahar təminatı;
Dinamik mühitdə işləmək və inkişaf şansı;
Rahat və müasir ofis.
Ünvan: Bakı, Rəşid Behbudov küç. 59, AF City Biznes Mərkəzi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 11.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/aztelco-group-mmc-maliyye-meneceri-150963