Vəzifə öhdəlikləri
Tikinti layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
Müvafiq layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
İrəliləmə histoqramlarının tərtib edilməsi;
Gecikmələrin proqnozlaşdırılmasının həyata keçirilməsi.
Namizədə tələblər
İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
Tikinti sahəsində planlama üzrə ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
İnnovativ standartlara uyğun işləmək;
MS Office (Word, Excel), AutoCad, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli;
Yüksək səviyyədə analitik-riyazi biliklər;
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
İnşaat norma və qaydalarını bilmək;
İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları;
Ən az bir tikinti layihəsi başlanğıcından sonuna qədər planlanması və izlənilməsində iştirak etmək, iş ardıcıllıqlarını bilmək, işçi əmək tutum norma və standartlarını bilmək;
Azərbaycan dili (mütləq), İngilis və ya Rus dili bilikləri (arzuolunandır/ layihədən asılı olaraq).
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 08.10.2026