İş yeri: Xaçmaz Konserv Fabriki
Sahə: Su və qazlı içkilər
Əsas vəzifə öhdəlikləri:
Sahənin və növbənin istehsalat tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etmək
Məhsulların müəyyən edilmiş texnologiyaya uyğun və yüksək keyfiyyətdə istehsalını təmin etmək
Avadanlıqların fasiləsiz və səmərəli işləməsinə nəzarət etmək
İstehsalat prosesində yaranan nasazlıq və xətaların vaxtında müəyyən edilərək aradan qaldırılmasını təmin etmək
Xammaldan səmərəli istifadəyə və istehsalat ehtiyatlarının düzgün qiymətləndirilməsinə nəzarət etmək
İstehsalat fəaliyyətinin nəticələrini və avadanlıqların boşdayanma səbəblərini təhlil etmək
Məhsulun keyfiyyət və qida təhlükəsizliyi tələblərinə uyğun istehsalını təmin etmək
İstehsalat tapşırıqlarının operativ uçotunu aparmaq
Növbə nəzarətçisi, operator, briqadir və digər əməkdaşların texnoloji və əmək intizamına riayət etməsinə nəzarət etmək
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək və rəhbərliyə məlumat vermək
Namizədə tələblər:
Ali təhsil – müvafiq texniki, mühəndislik və ya istehsalat yönümlü ixtisaslar üzrə
İstehsalat sahəsinin idarə olunması üzrə müvafiq iş təcrübəsi
İstehsal və texnoloji proseslər haqqında biliklər
Avadanlıqların iş prinsipləri və istehsalat proseslərinə dair anlayış
Qida təhlükəsizliyi və keyfiyyət tələbləri üzrə biliklər
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilmək
Analitik düşüncə və operativ qərarvermə bacarığı
Komanda idarəetməsi və güclü təşkilatçılıq bacarığı
Məsuliyyətlilik və iş prosesinə nəzarət etmək bacarığı
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Sahə rəisi – Xaçmaz Konserv Fabriki” qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 18.10.2026