AAC MMC olaraq komandamıza Texniki sənədləşmə üzrə mütəxəssis axtarırıq.
Əsas vəzifələr
Daxil olan sənədlərin qəbul edilməsi və qeydiyyatının aparılması;
Sənədlərin göndərilməsinin təşkili;
Zəruri sənədlərdə düzəlişlərin aparılması;
Avadanlıqların istehsalçı tövsiyələrinə və müəssisədaxili müəyyən edilmiş periodlara uyğun texniki qulluğunun vaxtında təşkil edilməsi və izlənilməsi;
Gündəlik, həftəlik, aylıq və illik texniki planlara uyğun planlı xidmətlərin mütəmadi aparılmasının izlənilməsi;
Material silgi hesabatlarının hazırlanması və yoxlanılması;
Avadanlıqların texniki problemlər səbəbindən dayanmasının analiz edilməsi və önləyici tədbirlərin görülməsinin təşkili;
İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət;
Avadanlıqların və qaz balonlarının daşınması və saxlanması qaydalarına riayət olunmasına, təhlükəsiz istismarına nəzarət;
Avadanlıqların qəzasız və etibarlı işinin, vaxtında və keyfiyyətli təmir və texniki xidmətinin izlənilməsi;
Texniki şöbənin zəruri sənədlərinin hazırlanması və mütəmadi izlənilməsi;
Texniki xidmət proseduruna uyğun tələb olunan sənədlərin və hesabatların doldurulması və birbaşa rəhbərə təqdim edilməsi;
Texniki və material hesabatlarının hazırlanması;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət edilməsi.
Namizədə tələblər
Ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
MS Office proqramlarında işləmək bacarığı tələb olunur;
Yaş: 20–45;
Kişi namizədlərə üstünlük verilir;
Texniki sənədlərlə işləmə və hesabat hazırlama bacarığı;
Sənədlərin qeydiyyatı və sistemləşdirilməsi üzrə bacarıq;
Texniki xidmət və avadanlıqlar barədə ümumi anlayış;
Diqqətli, məsuliyyətli və sistemli işləmək bacarığı;
Məlumatların düzgün və vaxtında qeydiyyata alınmasına yüksək məsuliyyətlə yanaşma;
Komanda ilə işləmək və rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək bacarığı.
İş şəraiti
İş yeri: Səngəçal
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: 700-800 AZN
Servis xidməti: Bakı və Sumqayıt istiqamətlərindən servis
Nahar xidməti: İşçilər üçün nahar təmin edilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Məktubun mövzu hissəsində “Texniki sənədləşmə üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Maaş: 700 AZN
Son müraciət tarixi: 17.10.2026