🏠 Qaraçuxurda, məscidin qarşısında mənzil satılır
Qaraçuxurda, məscidin qarşısında, 4 mərtəbəli binanın 4-cü mərtəbəsində mənzil satılır.
📍 Əlverişli yerləşmə və nəqliyyat:
* əsas yoldan təxminən 100 metr məsafədə;
* çox əlverişli nəqliyyat qovşağı;
* avtobuslar təxminən hər 5 dəqiqədən bir keçir;
* avtobuslarla şəhərin müxtəlif istiqamətlərinə rahat getmək mümkündür;
* “Neftçilər” metrosuna avtobusla təxminən 8 dəqiqə;
* şəxsi avtomobillə Babək prospektinə təxminən 5 dəqiqə.
🏡 Bina və həyət:
* binanın öz qapalı həyəti var;
* həyətə giriş şlaqbaumla qorunur;
* şəxsi parklanma yeri mövcuddur;
* sakinlərin əlaqəsi üçün WhatsApp qrupu var;
* qonşular mehriban və sakitdirlər;
* mənzilin MMC – tikinti şirkətindən sənədi var.
🔨 Təmir öz yaşayışımız üçün görülüb:
Mənzildə təmir öz yaşayışımız üçün, keyfiyyətli və düşünülmüş şəkildə aparılıb. Təmir başa çatdıqdan sonra mənzildə heç kim yaşamayıb. Köçmə ilə əlaqədar planlarımız dəyişdiyi üçün satılır.
Mənzildə:
* isti döşəmə;
* dartma tavan;
* sanitar qovşaq tam kafellə üzlənib;
* kafellərin arası epoksid məhlulla işlənib;
* kondisioner üçün sifonlu və klapanlı kondensat suyu çıxışı əvvəlcədən quraşdırılıb;
* rozetka və açarlar elektrik enerjisini digər tərəfdən də söndürmək imkanı ilə quraşdırılıb;
* təmir təzə və səliqəlidir;
* mənzil təmirdən sonra istifadə olunmayıb.
✨ Mənzil tam yaşayışa hazır vəziyyətdədir. Əlavə təmirə vaxt və böyük xərc sərf etmədən köçüb yaşamaq mümkündür.
📌 Satılma səbəbi: köçmə.
⚠️ Maklerlər və vasitəçilər narahat etməsin. Satış birbaşa mülk sahibindəndir.
© Emin · bina.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.