Otel, restoran, kafe, catering və digər HORECA müəssisələrinə peşəkar mətbəx və çamaşırxana avadanlıqları, stolüstü məhsullar və əlaqəli avadanlıqların satışını həyata keçirəcək “Satış Təmsilçisi” axtarırıq
Vəzifə öhdəlikləri:
Yeni korporativ müştərilərin axtarılması və cəlb edilməsi
Otel, restoran, kafe və digər HORECA müəssisələrinə müştəri ziyarətləri
Peşəkar mətbəx və çamaşırxana avadanlıqlarının, stolüstü məhsulların təqdimatı və satışı
Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun həllərin hazırlanması
Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin idarə olunması
Satış hədəflərinin yerinə yetirilməsi
Mövcud müştəri portfelinin inkişaf etdirilməsi
CRM sistemində satış fəaliyyətinin qeydiyyatı və izlənilməsi
Namizədə tələblər:
Satış sahəsində minimum 2-3 il təcrübə
B2B satış təcrübəsi arzuolunandır
HORECA və ya avadanlıq sektorunda təcrübə üstünlükdür
Güclü ünsiyyət və təqdimat bacarığı
Nəticə və hədəf yönümlü olmaq
B kateqoriyalı sürücülük vəsiqəsi
Şəxsi avtomobilinin olması
Azərbaycan və ingilis dillərində yaxşı ünsiyyət bacarığı
Biz nə təklif edirik:
Rəqabətcil əmək haqqı + satış bonusu
Məhsul və satış üzrə peşəkar təlimlər
Beynəlxalq və tanınmış brendlərlə işləmək imkanı
Karyera inkişafı və peşəkar inkişaf imkanları
İş şəraiti
İş yeri: Bakı
İş rejimi: 5 günlük iş rejimi
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 16.10.2026