İş barədə məlumat
PeakPin — Yeni fəaliyyətə başlayan, geolokasiya əsaslı mobil platforma üzərindən insanlara seçdiyi radius üzrə ətrafdakı biznesləri və onların fürsətlərini (Kampaniya, Tədbir, Pinbox) göstərir. Şirkət PEAKPİN MMC-dir; komanda indi formalaşır və ilk satış təmsilçilərini axtarırıq.
Nə təklif edirik?
Rəsmi əmək müqaviləsi, ƏMAS qeydiyyatı, sosial sığorta — ilk gündən
Sabit əmək haqqı 700 AZN + hər satışdan bonus
Bonus satış sayına görə artır: günün satışlarının 30%-dən 45%-ə qədər, üstəlik hər aktiv abunədən aylıq 3% — məkan abunədə qaldıqca hər ay
Real gəlir nümunəsi: gündə 5 satışla ~1 400 AZN, gündə 8 satışla ~2 300 AZN, 12 satışla ~4 500 AZN (brüt, aylıq)
Aylıq maksimum bonus 7 000 AZN-ə qədər
Ödəniş ayda bir dəfə, karta
Öz gəlirinizi portalda hər gün görürsünüz — brüt və net, hesab şəffafdır
İş Qrafiki:
Həftədə 6 gün: B.e–Cümə 09:00–17:00, Şənbə 10:00–15:00
Səhər ofisdə gün planı, sonra sahədə — işin əsas hissəsi məkanlarda keçir
Gündəlik minimum satış norması var (başlanğıc dövr üçün gündə 3 abunə)
Sınaq müddəti 10 gün
Vakansiya sayı: 10. Bölgələr: Səbail, Nəsimi (2), Yasamal, Nərimanov, Nizami, Xətai, Binəqədi, Sabunçu, Suraxanı–Xəzər.
Öhdəliklər
Təhkim olunmuş Bakı şəhəri üzrə bölgələrdə kafe, restoran, salon, mağaza və digər 40 kateqoriya üzrə biznesləri ziyarət etmək
PeakPin-i təqdim edib obyekti platformaya abunə etmək,
Hər satışı və ziyarəti şirkətin mobil portalında qeyd etmək (3 toxunuş — sadədir),
Abunə olmuş bizneslərin qalıcılığını təmin etmək, müvafiq xidmətlərdən istifadədə köməklik göstərmək.
Tələblər
Ünsiyyətcil, qapıdan içəri girməkdən çəkinməyən
Bakını tanıyan, gün ərzində gəzməyə hazır
Smartfonla rahat işləyən
Satış təcrübəsi üstünlükdür, məcburi deyil — məhsulu öyrədirik
Azərbaycan dili sərbəst; xarici dil üstünlükdür
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Uyğun namizədlərlə 3 iş günü ərzində əlaqə saxlanılacaq.
Maaş: 700 AZN
Son müraciət tarixi: 25.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/peakpin-satis-temsilcisi-152212